Şəmkirdə xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.
1996-cı il təvəllüdlü, kənd sakini Fərid Alızadə idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Göygöl rayon sakini, 2009-cu il təvəllüdlü piyada Muraz Hüseynovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu