Şahin Mustafayev nümayəndə heyəti ilə İranda

Ötən gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

Bizim.Media xəbər verir ki, səfər zamanı Ş.Mustafayev İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparıb.

Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırıblar. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilib.

Həmçinin, ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilib.

Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib.

Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırıb.

Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib.

Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilmiş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin, layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin, sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanıb, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılıb.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Xankəndi 30 illik işğaldan sonra tədricən canlanır: 3 avtobus marşrutu fəaliyyətə başladı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

İsrail Prezidenti Netanyahunu əfv etmədi - KORRUPSİYA QALMAQALI

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Çin İrana kömək edirmi? - Trampın cavabı - VİDEO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Bakı Zooloji Parkında ikihürgüclü dəvə balası doğuldu - FOTO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Tramp: “İranla müharibə çox tezliklə başa çatacaq” - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Malidə şiddətli döyüşlər: Rusiya hərbçiləri ölkədən qaçır - VİDEO

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

Çexiyanın Baş naziri Azərbaycana gəldi - FOTO

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

İsrailin iki keçmiş baş naziri Netanyahuya qarşı birləşdi

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Bu ölkənin müdafiə naziri öldürüldü

Bu ölkənin müdafiə naziri öldürüldü

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Evinin qarşısındakı tikintidən narahat oldu - Ofisə gəlib bir işçini öldürdü - VİDEO

Dünyada portağal qıtlığı yarana bilər

Dünyada portağal qıtlığı yarana bilər

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

Bu ölkədə qadınları qəsdən öldürənlərə ömürlük həbs cəzası veriləcək

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

“Neftçi” – “Qarabağ” oyunu başlayıb - VİDEO

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

End of content

No more pages to load

RADİO