Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Anar Quliyev qeyd edib ki, sözügedən iqtisadi rayonlar yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Bu istiqamətdə həyata keçirilən mütərəqqi quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, eləcə də regionlararası balansın daha səmərəli formalaşmasına müsbət təsir göstərəcək.

Komitə sədrinin sözlərinə görə, əsas prioritet istiqamətlərdən biri investisiyaların innovativ sahələrə yönləndirilməsidir.
 
“Bu gün kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların tətbiqi həmin sektorlarda gəlirliliyi 35-40 faizə qədər artıra bilər. Hesab edirəm ki, yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektoruna tətbiqinin şahidi olacağıq”, – deyə Anar Quliyev vurğulayıb.

Anar Quliyev əlavə edib ki, innovativ yanaşmalar regionda rentabelliyin yüksəlməsinə və qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Çin nümayəndəsi: “Dayanıqlı şəhər inkişafı üçün konkret addımlar atmışıq”

Yağıntılı hava gün ərzində davam edəcək – PROQNOZ

Liviya nümayəndəsi: “Planlarımız arasında daha güclü, texnologiya və biliklə idarə olunan şəhərlərə keçid var”

WUF13: Assambleyaların birgə açılış sessiyası başladı

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin baş planı yenilənib

İlham Əliyev Orazovu qəbul etdi - FOTO

İlham Əliyev Orazovu qəbul etdi - FOTO

İlham Əliyevdən Tokayevə ad günü TƏBRİKİ

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlir

WUF13: Nazirlər səviyyəsində görüşdə hansı məsələlər müzakirə edildi? - FOTO

Qarabağda edə bilmədilər, Dnestryanı da isə etdilər

"Alya"nın toyu olacaq

"Alya"nın toyu olacaq

BMT rəsmisi: Qarşıdakı 10 il urbanizasiya siyasəti üçün həlledici olacaq - VİDEO

Bakının Baş Planına dair təqdimat olacaq

“Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik” - VİDEO

Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO

Bakıda keçirilən WUF13 çərçivəsində UN-Habitat-dan çağırış - VİDEO

AZAL Naxçıvan reyslərini bərpa etdi

AZAL Naxçıvan reyslərini bərpa etdi

İlham Əliyev Keniya Prezidenti ilə görüşdü - FOTO

WUF13-də Azərbaycanın 79 şəhərinin Baş planları təqdim ediləcək

WUF13-də Azərbaycanın 79 şəhərinin Baş planları təqdim ediləcək

Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq

Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda bunun şahidi olacağıq

BMT: 2,8 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır

End of content

No more pages to load

RADİO