WUF13: Nazirlər səviyyəsində görüşdə hansı məsələlər müzakirə edildi? - FOTO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində “Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirdə Malayziyanın Mənzil Tikintisi və Yerli Özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq dayanıqlı çıxış edib. O deyib ki, urbanizasiya Malayziya üçün sadəcə siyasət istiqaməti deyil, milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərin yarıdan çoxu yaşıl zona olacaq.

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir", - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.
 

"2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir".


Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Alberto Qreqoriu duş Santuş bildirib ki, ölkəsi demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya nəticəsində sürətli urbanizasiya dövrünü yaşayır. Hazırda Anqolanın əhalisi 36 milyonu ötür və onların əhəmiyyətli hissəsi iri şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Şəhər əhalisinin sürətlə artması mənzil sektoru, nəqliyyat infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmət sahələri üzərində ciddi yük yaradır.

Nazir WUF13-də bu sahədə bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək

Kriştof Şerski: “Şəhərlər çağırışlarla üzləşsə də, innovasiya və inkişafın mərkəzi olaraq qalır” - VİDEO

Kriştof Şerski: “Şəhərlər çağırışlarla üzləşsə də, innovasiya və inkişafın mərkəzi olaraq qalır” - VİDEO

Say Samal: “WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynayır” - VİDEO

Say Samal: “WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında mühüm rol oynayır” - VİDEO

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq

Çin nümayəndəsi: “Dayanıqlı şəhər inkişafı üçün konkret addımlar atmışıq”

Çin nümayəndəsi: “Dayanıqlı şəhər inkişafı üçün konkret addımlar atmışıq”

Yağıntılı hava gün ərzində davam edəcək – PROQNOZ

Yağıntılı hava gün ərzində davam edəcək – PROQNOZ

Liviya nümayəndəsi: “Planlarımız arasında daha güclü, texnologiya və biliklə idarə olunan şəhərlərə keçid var”

Liviya nümayəndəsi: “Planlarımız arasında daha güclü, texnologiya və biliklə idarə olunan şəhərlərə keçid var”

WUF13: Assambleyaların birgə açılış sessiyası başladı

WUF13: Assambleyaların birgə açılış sessiyası başladı

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin baş planı yenilənib

Anar Quliyev: Azərbaycanda 79 şəhərdən 68-nin baş planı yenilənib

İlham Əliyev Orazovu qəbul etdi - FOTO

İlham Əliyev Orazovu qəbul etdi - FOTO

İlham Əliyevdən Tokayevə ad günü TƏBRİKİ

İlham Əliyevdən Tokayevə ad günü TƏBRİKİ

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlir

Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlir

WUF13: Nazirlər səviyyəsində görüşdə hansı məsələlər müzakirə edildi? - FOTO

WUF13: Nazirlər səviyyəsində görüşdə hansı məsələlər müzakirə edildi? - FOTO

Qarabağda edə bilmədilər, Dnestryanı da isə etdilər

Qarabağda edə bilmədilər, Dnestryanı da isə etdilər

"Alya"nın toyu olacaq

"Alya"nın toyu olacaq

BMT rəsmisi: Qarşıdakı 10 il urbanizasiya siyasəti üçün həlledici olacaq - VİDEO

BMT rəsmisi: Qarşıdakı 10 il urbanizasiya siyasəti üçün həlledici olacaq - VİDEO

Bakının Baş Planına dair təqdimat olacaq

Bakının Baş Planına dair təqdimat olacaq

“Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik” - VİDEO

“Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik” - VİDEO

Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO

Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO

Bakıda keçirilən WUF13 çərçivəsində UN-Habitat-dan çağırış - VİDEO

Bakıda keçirilən WUF13 çərçivəsində UN-Habitat-dan çağırış - VİDEO

AZAL Naxçıvan reyslərini bərpa etdi

AZAL Naxçıvan reyslərini bərpa etdi

İlham Əliyev Keniya Prezidenti ilə görüşdü - FOTO

İlham Əliyev Keniya Prezidenti ilə görüşdü - FOTO

End of content

No more pages to load

RADİO