BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir

Bakı Təşəbbüs Qrupu BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu bəyanat yayıb.
 

“BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan həyata keçirilə bilməz. Komitə də məhz bu fikri təsdiqləyib. Bu, yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və haqqıdır.


BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi və Kanak xalqının öz siyasi gələcəyini müəyyən etməsi üçün mühüm çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının öz siyasi gələcəyini sərbəst şəkildə müəyyən etmək imkanlarını zəiflədir”, - bəyanatda deyilir.

Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi istiqamətində atdığı addımları qəti şəkildə pisləyir: “Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.
 

Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və effektiv şəkildə araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik. Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.


Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə gətirilməsi və müvafiq xəbərdarlığın dərc olunması, təşkilatımızın qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını və Kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiyaya səbəb olduğunu göstərir”.

Bəyanatda qeyd edilib ki, Fransanın Kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının bariz nümunəsidir:

“Kanaki xalqının gələcəyi Parisdə qapalı danışıqlarda deyil, Kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir. Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər qaldırmışdır.
 

Bu məsələlər sırasında, adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, ifadə azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə edilməsi yer almışdır.


Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam və gecikmədən icra etməyə, Kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır”.

Bakı Təşəbbüs Qrupu Kanak xalqının ədalətli və azad gələcək uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO