Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 103-ci ildönümünə həsr olunmuş tədbir – FOTO

Mayın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbiri giriş sözü ilə açıb.

Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri bu amilin Azərbaycanın hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.


Qeyd olunub ki, müstəqil dövlətçiliyimizin təhlükədə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib. Milli birlik və həmrəylik üçün fədakarlıqla çalışan Ulu Öndər torpaqlarımızın işğaldan azad olunacağına dair hər zaman sarsılmaz inam nümayiş etdirib, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsini dövlətin ali hədəfi kimi müəyyənləşdirib. Onun rəhbərliyi ilə bu sahədə xüsusi proqramlar hazırlanaraq həyata keçirilib.

Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirib və bu gün də müstəqil Azərbaycan Heydər Əliyev yolu yeni zirvələrə addımlayır. Ulu Öndərin arzuları gerçəkləşdirilib, torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenlyi tam təmin olunub.
 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı həyata keçirilir. Hazırda həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı 80 min nəfərdən çoxdur.


Böyük Qayıdışa, azad edilmiş ərazilərdə mədəni irsin bərpasında Heydər Əliyev Fondunun fəal dəstək verdiyi, Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və komitənin Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı, şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti barədə danışıblar.

Sonda Ulu Öndərin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün vaxtı ilə həyata keçirdiyi tədbirlərə, onlarla müvəqqəti məskunlaşma yerlərində görüşlərinə, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərə həsr edilmiş videofilmlər nümayiş olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO