Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə haqqında qərar qəbul edəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı parlamentdə komissiya yaradılıb.
Komissiyanın sədrini və tərkibini Milli Məclisin sədri Sahibə Qafarova elan edib.
Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri isə deputatlar Fazil Mustafa, Jalə Əliyeva, Tural Gəncəliyev, Səbinə Xasayeva, Tahir Mirkişili və Mübariz Qurbanlıdır.
Günay Şahmar, Bizim.Media