“Bu gün media müstəvisində tendensiyaları süni intellekt, "big data"lar müəyyən edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O, bildirib ki, süni intellekt məzmun yaradılmasını asanlaşdırsa da, bəzən saxta və manipulativ məlumatların yayılmasına səbəb olur:
"Buna görə medianın peşə etikasına sadiqliyi, kiberdayanıqlılıq, kibertəhlükəsizlik çox önəmlidir. Ölkəmizdə rəqəmsal transformasiya vahid sistem kimi qurulacaq".
Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media