Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Bizim.Media xəbər verir ki, iclası giriş sözü ilə Milli Məclisin sədri Sahibə Qafarova açıb.
İclasın gündəliyinə təşkilati məsələlər daxil edilib.
İclasda MSK-nın sədri, sədr müavini və katibləri seçiləcək.
Qeyd edək ki, bu gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiqləyib.
MSK-nın üzvlüyünə Yeni Azərbaycan Partiyasından Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, Abdullayeva Sevinc Qurban qızı, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu, Böyük Quruluş Partiyasından (BQP) Əsgərov Bəxşeyiş Məmməd oğlu, Ana Vətən Partiyasından (AVP) Quliyev Etibar Cəfər oğlu, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Rəhimov Mikayıl Rəhman oğlu, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Qəhramanlı Almas Əlisultan qızı, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) Həsənov Tofiq Eldar oğlu, Şahbazov İlkin Zaur oğlu, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) namizədlərindən isə Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Cavadov Fuad Musa oğlu, Məmmədov İlham Sabir oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Xələfov Elçin Abuzər oğlu təyin edilib.

Günay Şahmar, Bizim.Media