"Global Times": XIII Qlobal Bakı Forumunda dialoq və sülh təşviq edilib

XIII Qlobal Bakı Forumu Yaxın Şərqdəki münaqişə və Rusiyanın Ukrayna ilə davam edən müharibəsi də daxil olmaqla, qlobal gərginliyin kəskinləşməsinə baxmayaraq, beynəlxalq iştirakın yüksək səviyyəsini nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu cür qiymətləndirmələr ingilisdilli "Global Times" nəşrinin Çin Kommunikasiya Universitetinin Beynəlxalq və Regional Kommunikasiya Araşdırmaları Akademiyası ilə birgə hazırladığı analitik materialda yer alıb.

Məqalə yeni "Local Insights" rubrikası çərçivəsində hazırlanıb.

Materialın müəllifi bu il Bakı Forumunda iştirak edən Çin və Qloballaşma Mərkəzinin (CCG) həmtəsisçisi və baş katibi Meybl Myao Ludur.

O qeyd edir ki, bu cür beynəlxalq forumlarda iştirak etmək üzrə çoxillik təcrübəsinə baxmayaraq, Azərbaycanın Bakı şəhərinə səfər etməzdən əvvəl qarşıdan gələn konfransın xarakterinə əmin deyildi.
 

"Forum ABŞ, İsrail və İran arasında münaqişənin eskalasiyası və Rusiya ilə Ukrayna arasında davam edən böhran səbəbindən regional gərginliyin kəskin artması fonunda keçirilirdi. Bakı bir neçə geosiyasi qırılma xəttinin yaxınlığında yerləşib", - o bildirib.


Müəllif həmçinin qeyd edir ki, forum iştirakçılarının sayı ilə bağlı gözləntilər əvvəlcə pessimist idi, lakin faktiki iştirak ən gözlənilməz amillərdən biri olub.

Onun müşahidələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən forum fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, xarici işlər nazirləri və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 200-ə yaxın siyasi lideri, məmuru, diplomatı, alimi və analitik mərkəz nümayəndələrini bir araya gətirib.

Materialda qeyd olunur ki, bu cür geniş tərkib regional eskalasiya riskləri fonunda forumun aktuallığını daha da artırıb.

Müəllif üçün ən diqqətçəkən məqamlardan biri ilk dəfə olaraq ayrıca tematik formatda çıxarılan "Çin və qlobal idarəetmə təşəbbüsü" sessiyası olub. Burada Çin, Avropa və Azərbaycandan olan yüksəkvəzifəli siyasətçilər iştirak ediblər.
 

Müəllif bildirib ki, bu diskussiya tez-tez ehtiyatlılıqla müşayiət olunan əvvəlki Çin müzakirələrindən fərqli olaraq, daha açıq və məzmunlu tonu ilə fərqlənirdi. Onun müşahidələrinə görə, qlobal qeyri-müəyyənlik şəraitində Bakıda Çinin roluna daha çox maraq və gözləntilər səslənirdi.


"Daha geniş eskalasiya riski fonunda iştirakçılar təmkinliliyin dəyərini daha dərindən dərk edirdilər. Nəticədə, paradoksal bir təəssürat yarandı: qeyri-müəyyənlik və ehtimal olunan qapalılıq gözləntilərinə baxmayaraq, Bakı intensiv qarşılıqlı əlaqə, açıqlıq və kövrək, lakin nəzərəçarpacaq dialoq və sülh ab-havası nümayiş etdirib", - Myao Lu qeyd edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO