Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirildi – FOTO

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur.

Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.

Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşünün ikitərəfli əməkdaşlıqla yeni mərhələnin əsasını qoyduğunu, mart ayında Bakıda baş tutmuş yüksək səviyyəli təmasların isə praktik nəticələr verdiyini bildirib.

O, mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlığın davamlı inkişaf etdiyini xüsusi qeyd edib.

Çıxışda Azərbaycanın regional sabitliyə və humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şərait vurğulanıb.

Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə də etibarlı və fasiləsiz fəaliyyət göstərərək öz rəqabətqabiliyyətini sübut edib.

İqtisadi məsələlərə toxunan Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhudiyyətlərin aradan qaldırılması regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb.
Kənd təşərrüfatı məhsulları üzrə ticarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edilib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Çıxışda investisiya əməkdaşlığının müsbət dinamikası xüsusi qeyd edilib.

Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir.

Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.

Şahin Mustafayev nəqliyyat-logistika sahəsini əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. Xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub.

Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.

Şahin Mustafayev Araz vadisi iqtisadi zonasında “Kamaz” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfrindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib və Rusiya tərəfinə təşəkkür edib.

Rusiya tərəfdən çıxış edən Rusiya Federasiyası Höküməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını qeyd edib.

O, nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirib, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd edib.

İclas zamanı tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

A.Overçuk Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilimiş humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Sonda Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının Protokolunu imzalayıblar.

Zəngilan səfəri çərçivəsində Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olublar, Ağbənd avtomobil körpüsü, Horadiz–Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar.

Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm həlqəsini formalaşdıracaq.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Tehranda SEPAH üzvü öldürüldü

Tehranda SEPAH üzvü öldürüldü

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

End of content

No more pages to load

RADİO