Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

ABŞ-la İranın 14 günlük atəşkəs razılaşmasına baxmayaraq, görünən odur ki, Livandakı Hizbullah məsələsinin qeyri-müəyyən olaraq qalması danışıqların baş tutmasına maneə ola bilər.

Qeyd edək ki, ABŞ və İsrail Livan məsələsinin atəşkəs razılaşmasına şamil edilmədiyini bildirir. Bunu əsas gətirməklə İsrail bu ölkədəki Hizbullah bazalarına zərbə endirməkdə davam edir. Amma rəsmi Tehran iddia edir ki, Livan məsələsi də həmin sənədə salınıb. İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf hətta bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?


Bir sözlə, görünən odur ki, Hizbullah “düyünü” İran mövzusu ətrafında başlanan prosesi yenidən qəlizləşdirə bilər.

Onu da qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verib.

O bildirib ki, "Hizbullah"ın tərksilah edilməsi və İsraillə Livan arasında sülh münasibətlərinin qurulması danışıqların əsas mövzusu olacaq.

Görəsən, danışıqlara əngəl olan “Hizbullah” düyünü necə həll olunacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, İran “Hizbullah” kimi müttəfiqini güdaza verməyəcək: 

“İran “Hizbullahı” qurban verməyəcək. Tehran tələb edir ki, İsrail Livana zərbələrə də son versin. ABŞ isə mövcud vəziyyətdə zaman udmaq, qüvvə toplamaq istəyir. Bundan sonra isə yenidən qurudan əməliyyata başlamağı düşünür. Hətta Pakistandan İran ərazisinə desant çıxarılacağı da iddia edilir. Belədə düşünürəm ki, atəşkəs olmayacaq. Tehranın özü də atəşkəsdə o qədər də maraqlı deyil”.

Politoloq Qabil Hüseynlinin fikrincə isə “Hizbullah” qurban veriləcək:

“Livana hücumların davam etdiyi bir şəraitdə danışıqlara start  veriləcəksə, bu artıq “Hizbullah”ın qurban verildiyi anlamına gələcək. İran mövcud şəraitdə özünü xilas etmək üçün “Hizbullah”ı qurban verə bilər. Bu variant da istisna deyil. Onun həmin proksi qüvvəsilə bağlı hay-küy qaldırması isə sadəcə olaraq, müttəfiqinin yanında özünü təmizə çıxarmaq məqsədi daşıyır. Bir sözlə, danışıqlar “Hizbullah”ın sıxışdırılması ilə paralel olaraq gedəcəksə, deməli, Tehran onun qurban verilməsinə razılıq verməyə məhkum edilib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO