Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.

Bizim.Media xəbər verir ki, Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti yüksəksəviyyəli sessiya və görüşlərə qatılır.

Tədbirin açılış mərasimində çıxışı zamanı komitə sədri Anar Quliyev bildirib ki, ölkəmiz əlçatan mənzil və dayanıqlı şəhər inkişafı məsələlərini qlobal gündəliyin əsas prioritetləri kimi qəbul edir və bu sahələrdə öz fəaliyyətini həm beynəlxalq əməkdaşlıq, həm də milli təcrübə əsasında ardıcıl şəkildə davam etdirir.
 

Bu kontekstdə cari il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün qlobal dialoqun davam etdirilməsi baxımından mühüm platforma olacağı bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.


Forum çərçivəsində, həmçinin “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Nazirlər Sessiyasına qatılan Anar Quliyev “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Azərbaycan və Somali adından Birgə Bəyannamə ilə çıxış edib.

Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, iqlim və qarışıq maliyyələşdirmə mexanizmlərinin inkişafı, eləcə də mənzil əlçatanlığını təmin edən dayanıqlı modellərin tətbiqinin əhəmiyyəti vurğulanıb.

“Layiqli mənzil üzrə açıq tərkibli İşçi Qrup”un yan tədbirində çıxış edən Azərbaycanın Keniya səfiri, BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəsi Sultan Hacıyev isə Azərbaycanın şəhər gündəliyi və iqlim siyasəti sahəsində yanaşmalarını diqqətə çatdırıb. O deyib ki, COP29-a ev sahibliyi etmiş Azərbaycan mövcud tərəfdaşlıqlardan yararlanmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə yeni əməkdaşlıq imkanlarını da genişləndirir və bu istiqamət WUF13 çərçivəsində əsas prioritetlərdən biri olacaq.
 

Tədbirdə ikitərəfli əməkdaşlığın inkişafı da diqqət mərkəzindədir. Bu çərçivədə komitə sədri tərəfindən artıq Afrika ölkələrinin və regional təşkilatların rəhbərləri ilə bir sıra məhsuldar görüşlər keçirilib.


Afrika İttifaqının komissarı Moses Vilakati, Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome, Zimbabvenin yerli idarəetmə və ictimai işlər naziri Daniel Garve, Tanzaniyanın torpaq, mənzil və insan məskənlərinin inkişafı naziri Leonard Douglas Akvilapo, Somalinin ictimai işlər, yenidənqurma və mənzil təminatı naziri Said Mohamed M.Haid, Ruandanın infrastruktur naziri Jean de Dieu Uvihanganye, Kamerunun mənzil və şəhərsalma naziri Celestine Ketcha Courtes, Efiopiyanın şəhər və infrastrukturun inkişafı naziri Chaltu Sani, Tanzaniyanın Dar əs Salam Şəhər Şurasının meri Nurdin Bilal Juma, Nayrobi şəhər dairəsinin qubernatoru Johnson Sakaja, Keniyanın Mənzil, Şəhər Planlaşdırılması və İctimai İşlər Komitəsinin sədr müavini Rindikiri Mugambi Murvithania, “Shelter Afrique” Beynəlxalq Maliyyə Təşkilatının icraçı direktoru Thierno-Habib Hann, “Equity Bank” (Kenya) Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Moses Nyabanda və digər nümayəndələrlə keçirilən görüşlərdə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlığın müsbət inkişaf dinamikası qeyd olunub, dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və müvafiq institutlar arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, eyni zamanda, Anar Quliyevlə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında növbəti işgüzar görüş keçirilib və tərəflər Bakı şəhərində keçiriləcək WUF13-ə hazırlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, artıq 16 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirə yüksək beynəlxalq marağın əyani göstəricisidir.

Beləliklə, qeyd etmək olar ki, İkinci Afrika Şəhərsalma Forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı gələn ay paytaxtımızda keçiriləcək WUF13-ə beynəlxalq tərəfdaşların cəlb edilməsinə möhkəm zəmin yaradır.

Qeyd edək ki, Afrika Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyini formalaşdıran liderləri və mütəxəssisləri bir araya gətirən şəhər inkişafı və urbanizasiya ilə bağlı mühüm qitə platformalarından biridir. Forum Afrika ölkələrində sürətli şəhərsalma prosesini daha planlı, inklüziv və davamlı şəkildə idarə etmək üçün Afrika İttifaqı (African Union) ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə yaradılıb və Afrika qitəsi üçün vahid şəhər gündəliyinin formalaşdırılması məqsədini daşıyır. Onun başlıca hədəfləri Afrikada davamlı şəhərsalma siyasətini inkişaf etdirmək, əlçatan və adekvat mənzil imkanlarını genişləndirmək, şəhərlərdə iqtisadi inkişaf və məşğulluğu təşviq etmək, iqlim dəyişikliyi və ekoloji problemlərə uyğun şəhər modelləri yaratmaq və şəhər idarəçiliyində inklüzivlik və bərabərliyi artırmaqdır. AUF-un ümumi məqsədi isə Afrikanın şəhərlərini daha dayanıqlı və iqtisadi cəhətdən güclü mərkəzlərə çevirməkdir.

AUF qlobal səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) regional ekvivalenti kimi düşünülüb.

Qeyd edək ki, Birinci Afrika Şəhərsalma Forumuna 2024-cü ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə ev sahibliyi edib.

Həmçinin 10 mindən artıq iştirakçının qatıldığı builki forumun açılışında Keniya Prezidenti Uilyam Samoei Rutonun, eləcə də bir çox hökumət və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı tədbirdə müzakirə edilən məsələlərin aktuallığının və diqqət mərkəzində olduğunun vacib göstəricisidir.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

Elçin Quliyev onlara beretlər verdi – FOTO/VİDEO

Gənclər ictimai nəqliyyatda yer verməyə borcludur? - VİDEOSORĞU

Gənclər ictimai nəqliyyatda yer verməyə borcludur? - VİDEOSORĞU

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Orhan Gencebayın 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

Orhan Gencebayın 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Məktəbdə insident: Müəllim valideyni döydü

Məktəbdə insident: Müəllim valideyni döydü

End of content

No more pages to load

RADİO