Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
 
Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.

Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub.

Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb.

İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub.

Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada zəlzələdə ölənlərin sayı 273-ə çatdı

Tehranda SEPAH üzvü öldürüldü

Tehranda SEPAH üzvü öldürüldü

Ukraynada hərbi möhləti olan kişi işə gedərkən saxlanıldı

Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"

Polşanı rekord sayda ukraynalı qaçqın tərk edib

İtaliyada sursat istehsalı zavodu partladı

Fin siyasətçi Aİ ilə Rusiya arasında vasitəçi olmaq istəyir

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

End of content

No more pages to load

RADİO