Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, siyasi məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə nəzakət görüşü baş tutub.

Görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub.

Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.
 

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatik əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.


Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyin diplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıq istiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə maraq ifadə edilib. Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar.

Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri Rohey Malik Lov ilə görüşüb.

Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO