40 günlük sınaq və dəyişməyən MÖVQE – İlk mesaj yenə Bakıdan VERİLDİ

Məlum olduğu kimi, bu gün ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub. Bununla da 40 gündür davam edən qanlı savaş sona çatıb.

Razılaşmanın əldə olunmasından sonra, İranı təbrik edən ilk lideri isə Azərbaycan Prezidenti İlham Əliyev oldu. Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edərək, elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Diplomatik etika və dostluq mesajları

Ümumilikdə Azərbaycan 40 günlük savaş dövründə sərgilədiyi diplomatik mövqe və göstərdiyi yardımlarla İranla dost ölkə olduğunu sübuta yetirdi.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Əli Xameneinin vəfatı ilə bağlı İran xalqına ilk başsağlığı verən lider olub. Belə ki, martın 1-də, Ayətullah Əli Xamaneinin vəfatı rəsmən elan olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana məktub ünvanlayaraq başsağlığı verib.

Martın 4-də isə Dövlətimizin başçısı İran İslam Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edib, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Martın 9-da Prezident İlham Əliyev İranın yeni seçilən Ali Rəhbəri Müctəba Xameneiyə təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı məktubda ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərini də xüsusi vurğulayıb.

Çətin gündə uzadılan yardım əli

Mart 10-dan etibarən Azərbaycan İrana ardıcıl humanitar yardım karvanları göndərməyə başladı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq məhsulları, dərmanlar və tibbi ləvazimatlardan ibarət yüklər qısa müddətdə çatdırıldı. Daha sonra - martın 18-də həcmi tonlarla ölçülən ikinci humanitar yardım partiyası yola salındı. Son olaraq isə aprelin 4-də ümumi həcmi 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatdan ibarət növbəti humanitar yardım İrana göndərildi.

Eyni zamanda Bakı öz ərazisini üçüncü ölkələrin yardımı üçün açaraq faktiki olaraq regional humanitar hab rolunu üzərinə götürdü. Belə ki, 12 və 26 mart tarixlərində Rusiyadan göndərilən humanitar yardımlar Azərbaycan vasitəsilə İrana daşındı.

Anti-Azərbaycan təbliğatının iflası

Təəssüflər olsun ki, müharibə başladıqdan sonra İranda bəzi dairələr anti-Azərbaycan kampaniyasını daha da alovlandırdılar. Onlar yenidən ölkəmizdə “sionist qüvvələr” olduğu, guya Azərbaycan ərazisindən İrana təhlükə yaranacağı ilə bağlı absurd iddialar yaymağa çalışdılar. Bu cür məlumatları tirajlayanların hədəfi bəlli idi – İran cəmiyyətində Azərbaycanın düşmən obrazını formalaşdırmaq.

Lakin rəsmi Bakı öz təşəbbüsləri ilə sübut etdi ki, Azərbaycan İrana dar gündə yardım əlini uzadan dost ölkədir. Üstəlik, bütün iddialara baxmayaraq Azərbaycandan İrana qarşı hər hansı təhlükə də baş vermədi.

Yəni reallıq – Azərbaycanın atdığı addımlar bu cür çirkin planları iflasa uğratdı. Ölkəmizi düşmən obrazında təqdim etməyə çalışan təxribatçı qüvvələr də artıq reallıqlar qarşısında susmağa məcburdurlar. Çünki onların illərdir apardığı təbliğatın reallıqlar qarşısında sadəcə absurd iddialardan ibarət olduğu 40 gün ərzində sübuta yetirildi. Artıq ümid etmək olar ki, bundan sonra da onların səslərini ucaltmasına şərait yaradılmayacaq.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO