Nazirlikdə görüş: Bu müqavilənin müddəti uzadıldı - FOTO

Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılması çərçivəsində imzalanmış müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 

Məlumata görə, nazir, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.


S.Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini qeyd edib. O, bildirib ki, imzalanmış çoxsaylı sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Enerji əməkdaşlığının əsas istiqamətlərinə toxunan nazir 2023-cü ildən Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.
 

D.Djedoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, fevral ayında imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.


Görüşdə həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də "yaşıl enerji" və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir – FOTO

"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir – FOTO

İntensiv yağışların nəticələri ilə bağlı QƏRARGAH YARADILDI

İntensiv yağışların nəticələri ilə bağlı QƏRARGAH YARADILDI

Ölkədə 8 kişi anaları tərəfindən zorakılığa məruz qalıb - STATİSTİKA

Ölkədə 8 kişi anaları tərəfindən zorakılığa məruz qalıb - STATİSTİKA

İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… - FOTO

İsrailli məmur paylaşımında Trampı TƏHQİR ETDİ, sonra isə… - FOTO

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirilib

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirilib

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da AKTİVLƏŞDİ – Hadisə yerindən VİDEOREPORTAJ

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi daha da AKTİVLƏŞDİ – Hadisə yerindən VİDEOREPORTAJ

Yağışın fəsadları aradan qaldırılır - VİDEO

Yağışın fəsadları aradan qaldırılır - VİDEO

İsrail Livana ən genişmiqyaslı zərbələr endirdi – VİDEO

İsrail Livana ən genişmiqyaslı zərbələr endirdi – VİDEO

ABŞ-ın müharibə naziri: “İran atəşkəs üçün yalvarırdı” – VİDEO

ABŞ-ın müharibə naziri: “İran atəşkəs üçün yalvarırdı” – VİDEO

İşdən çıxarılan müavin nazirlikdə müşavir oldu

İşdən çıxarılan müavin nazirlikdə müşavir oldu

Bu ərazidə yeni metro stansiyası TİKİLƏCƏK

Bu ərazidə yeni metro stansiyası TİKİLƏCƏK

İbrahim Tatlısesin son durumu AÇIQLANDI

İbrahim Tatlısesin son durumu AÇIQLANDI

Yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Medvedevdən SENSASİON AÇIQLAMA: İran “nüvə silahını” sınaqdan keçirib

Medvedevdən SENSASİON AÇIQLAMA: İran “nüvə silahını” sınaqdan keçirib

9 uşaq, 1 reallıq - Ailə planlaması niyə vacibdir?

9 uşaq, 1 reallıq - Ailə planlaması niyə vacibdir?

55 yaşdan sonra bu MƏCBURİDİR

55 yaşdan sonra bu MƏCBURİDİR

Tramp: “İran uranı zənginləşdirməyəcək, sanksiyalar isə...” – FOTO

Tramp: “İran uranı zənginləşdirməyəcək, sanksiyalar isə...” – FOTO

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb - VİDEO

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb - VİDEO

Tramp İrana silah verən ölkələri hədələdi - FOTO

Tramp İrana silah verən ölkələri hədələdi - FOTO

Hər bölümə görə milyonlar qazanan aktyorlar - SİYAHI

Hər bölümə görə milyonlar qazanan aktyorlar - SİYAHI

Küləyə görə bu yolda sürət həddi endirildi

Küləyə görə bu yolda sürət həddi endirildi

Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən fəaliyyətə başlaması ilə bağlı direktordan AÇIQLAMA

Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən fəaliyyətə başlaması ilə bağlı direktordan AÇIQLAMA

Ən az problemli Çin avtomobilləri – ADLARI AÇIQLANDI

Ən az problemli Çin avtomobilləri – ADLARI AÇIQLANDI

Yararsız tikili məktəbin inşasına mane olur – VİDEO

Yararsız tikili məktəbin inşasına mane olur – VİDEO

End of content

No more pages to load

RADİO