9 uşaq, 1 reallıq - Ailə planlaması niyə vacibdir?

“Uşağı verən, ruzisini da verər” prinsipinə söykənib tanrıya ümid yaşayanlar, övladlarının şəraitinə, gələcəyinə laqeyd yanaşanlar təəssüf ki, günümüzdə də var.

Halbuki müasir dövrdə çox övlad sahibi olmaq təkcə fələyə güvənmək deyil, həm də sosial məsuliyyətdir. Sumqayıt şəhərində 9 uşaqlı bir ailənin vəziyyəti bu problemi yenidən gündəmə gətirdi: belə bir ailənin acınacaqlı vəziyyəti göstərir ki, məsələ artıq fərdi seçim çərçivəsini aşır və ictimai problemə çevrilir.
 

İmkansızlıq içində, psixoloji cəhətdən dəyişkən valideynlərdən dünyaya gələn uşaqlar sadəcə əhali sayını artırır. Axı təhsil, sağlamlıq və qidalanma baxımından yetərli şərait olmadan böyüyən uşaqların topluma necə fayda verəcəyi məsələsi isə təkcə həmin ailənin yox, bütövlükdə cəmiyyətin problemidir.


Belə olduqda istər-istəməz sual yaranır: hər kəs istədiyi qədər övlad dünyaya gətirməlidirmi?

Bu məsələdə ailə planlaması və dövlətin sosial siyasəti arasında balans necə qurulmalıdır?

Məsələn, BMT-nin Əhali Fondu uzun illərdir reproduktiv sağlamlıq, ailə planlaması və ana-uşaq sağlamlığı ilə bağlı proqramlar həyata keçirir. Azərbaycanda da 1990-cı illərdən başlayaraq ailə və uşaq planlaması və kontrasepsiya (arzuolunmaz hamiləliyin qarşısını almaq) barədə maarifləndirmə kampaniyaları  aparılır. Sadəcə Azərbaycanda bu məsələ bəzi digər ölkələrdəki kimi sərt demoqrafik dövlət siyasəti şəklində olmayıb. Daha çox könüllü, maarifləndirici yönəlik olub.

Bəs hazırda, bu cür ailələrin hələ də mövcud  olduğua görə ölkədə uşaq planlama siyasəti sərtləşdirilə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elnarə Akimova bildirdi ki, çoxuşaqlı ailələrdə müşahidə olunan çətinliklər – uşaqların elementar ehtiyaclarının ödənilməsində yaranan problemlər məsələyə daha həssas yanaşmanı zəruri edir.

Tənzimləyici mexanizmlərə gəlincə, dünya təcrübəsinə baxdıqda fərqli yanaşmaların mövcuddur. Məsələn, bəzi ölkələrdə uzun illər sərt demoqrafik siyasət tətbiq olunub və doğum sayına məhdudiyyətlər qoyulub. Digər tərəfdən, Avropa ölkələrinin əksəriyyətində isə əksinə, doğum səviyyəsini artırmaq üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər – sosial müavinətlər, vergi güzəştləri, analıq və atalıq məzuniyyətləri kimi dəstək mexanizmləri həyata keçirilir.

Məsələ nəzarətsiz qalmamalıdır

“Azərbaycanda isə vəziyyət daha fərqli və həssasdır. Burada sərt demoqrafik qaydaların tətbiqi nə hüquqi, nə də sosial baxımdan məqsədəuyğun görünür. Çünki ailə qurmaq və övlad sahibi olmaq insanın fundamental hüquqlarından biridir. Bu sahədə inzibati məhdudiyyətlər tətbiq etmək cəmiyyət tərəfindən də birmənalı qarşılanmaya bilər”.
 

Bununla belə deputat vurğulayır ki, məsələ nəzarətsiz qalmamalıdır. Ailə planlaması mütləq şəkildə təşviq olunmalı, bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir. Eyni zamanda, reproduktiv sağlamlıqla bağlı maarifləndirmə kampaniyaları da vacibdir. Yəni, dövlətin rolu daha çox dəstəkləyici və tənzimləyici olmalıdır. Məsələni sərt qadağalar prizmasından deyil, məsuliyyətli yanaşma və sosial dəstək müstəvisində dəyərləndirmək daha doğru olar.


“Hər bir ailə övlad sayını planlaşdırarkən öz maddi imkanlarını, sosial şəraitini və psixoloji hazırlığını nəzərə almalıdır. Övladın sayı ailənin büdcəsi və imkanları daxilində olmalıdır ki, hər bir uşaq sağlam, təhlükəsiz və layiqli şəraitdə böyüsün”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

End of content

No more pages to load

RADİO