Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

Aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında olan polemikadan sonra iki ölkə arasında gərginlik daha da artmaqdadır. Həmin görüşün ardınca bir sıra Rusiya rəsmiləri Ermənistanı hədəf alan açıqlamalar veriblər.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu mənada xüsusilə fərqlənir. O, xəbərdarlıq edib ki, Ermənistan Avropa İttifaqına qoşularsa, artıq Rusiya ilə hava əlaqələri olmayacaq.

Overçukun sözlərinə görə, Ermənistan vətəndaşları Yerevanın Aİ-yə yaxınlaşmaq qərarının "potensial nəticələrindən" xəbərdar olmalıdırlar. O, Ermənistan əhalisinə çağırış edərək deyib ki, belə bir hal baş verərsə, bu, İrəvanın Avropa İttifaqına yaxınlaşmaq qərarına görə baş verəcək.

Eyni zamanda, Overçukun sözlərinə görə, Aİ-yə qoşulmağın Ermənistan üçün son nəticələrinin nə olacağı bəlli deyil. Aydın məsələdir ki, Overçukun açıqlaması seçkiöncəsi Ermənistan əhalisinin Paşinyana qarşı mövqe tutmasına hesablanmış bir mesajdır.

Görəsən, bu açıqlamalar fonunda iki ölkə arasındakı münasibətlər necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Rusiya yaxın iki ay ərzində Ermənistanda siyasi gərginliyi artırmaq üçün müəyyən addımlar atacaq:

“Paşinyanla görüşündə Kreml sahibi Putin növbəti dəfə 2022-ci ildə Ermənistan baş nazirinin Qarabağın Azərbaycan ərazisi olaraq tanımasını diqqətə çatdırmaqla, bununla əslində Paşinyanın hazırkı durumun mövcudluğuna şərait yaratdığını demək istəyib. Bu fonda da Putin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə görə Ermənistan tərəfindən Rusiyanın ittiham olunmasının doğru olmadığını diqqətə çatdırıb.  

Məsələyə məntiqi  yanaşsaq, bu cür fikirlərin ifadə edilməsi təbii ki, Azərbaycanın suveren ərazilərinə yumşaq desək, Kremlin fərqli prizmadan yanaşmasının növbəti bariz nümunəsidir. Bununla Putin həm İrəvan qarşısında məsuliyyəti guya öz üzərindən atır, həm də Ermənistanda müxalif-revanşist qüvvələrə baş verənlərin günahkarının məhz Paşinyan olduğunu gündəmə gətirmək istəyir”.

Deputat qeyd edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı yerində mövqe sərgiləyərək, etiraz bəyanatı verib:

“Məsələ ondadır ki, Azərbaycan ərazisi siyasi alver predmeti ola bilməz. Ölkəmizin daxili işinə qarışmaq, Azərbaycan ərazisinin mübahisə predmeti olmasını gündəmə gətirmək olmaz”.
 

Partiya sədrinin fikrincə, Paşinyanla Putin arasında baş verənlər isə sadəcə olaraq qarşıdakı parlament seçkiləri ərəfəsi Ermənistan Baş nazirini sıxışdırmaq, ona müxalif rusiyameylli qüvvələrin gücünü artırmaq, onlara dəstəyi ifadə etmək məqsədindən ibarətdir:


“Bu isə İrəvanla Moskva arasındakı münasibətlərə ciddi şəkildə mənfi təsir edəcək bir məqamdır. Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Zəngəzur dəhlizinin açılması ilə isə Ermənistan tranzit ölkəsinə çevriləcək ki, belədə onun iqtisadi imkanları da arta bilər. Paşinyan bunu anlayır. Ona görə də artıq Rusiyanın dövlət maraqlarına xidmət etməyən fərqli siyasət yürüdür”.

“Moskvanın regiona təsir imkanları sıfırlanacaq”

Həmsöhbətimizin fikrincə, gələcəkdə Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından çıxıb, tam Qərbyönümlü siyasət yürütməsi demək olacaq:

“Həmçinin, Moskvanın Ermənistan üzərindən regiona təsir imkanları da sıfırlanacaq. Putin də bundan narahatdır. Bu həm də onu deməyə əsas verir ki, seçkilərə qədərki dövrdə Rusiya Ermənistan daxilində öz tərəfdarlarını himayə etməklə fərqli bir gərgin durum yaratmağa çalışacaq”.

Əlizadə düşünür ki, nə baş verməsindən asılı olmayaraq, Ermənistanda Paşinyanın hakimiyyətdə qalma imkanları daha çoxdur:

“Kreml çalışacaq ki, Paşinyanın hakimiyyətdən getməsinə nail olsunlar. Amma buna nail olacaqları sual altındadır. Çünki Paşinyan faktiki və haqlı olaraq Ermənistan cəmiyyətini  revanşistlərin hakimiyyətə gəlməsilə sentyabrda müharibənin yenidən alovlanacağı ilə bağlı məsələyə kökləyir. Öz siyasətini bu kontekstdə quran Paşinyan daha böyük elektorata malikdir. Nəticə etibarı ilə Paşinyanın hakimiyyətdə qalması imkanları daha çoxdur”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

End of content

No more pages to load

RADİO