Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,


23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.
 

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir.


Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.

Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO