Hökumət üzvləri Xocavənddə - Samir Nuriyevin sədrliyi ilə iclas KEÇİRİLDİ – FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib.

Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb.

Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir.

Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.
 

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.


Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Tokayevə MƏKTUB

İlham Əliyevdən Tokayevə MƏKTUB

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Əhməd Məmmədliyə HÖKM OXUNDU

Əhməd Məmmədliyə HÖKM OXUNDU

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

Sumqayıtda sursat tapıldı – VİDEO

Sumqayıtda sursat tapıldı – VİDEO

ABŞ və İsrailin zərbəsi İran rəhbərliyini iflic edib

ABŞ və İsrailin zərbəsi İran rəhbərliyini iflic edib

Gəncədə ağır QƏZA: Xəsarət alanlar var

Gəncədə ağır QƏZA: Xəsarət alanlar var

Novruz tətilində regionlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

Novruz tətilində regionlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

Hərbi bloger: Rusiya ordusunda itkilər çox böyükdür, hücum tükənib

Hərbi bloger: Rusiya ordusunda itkilər çox böyükdür, hücum tükənib

İran İsrailə yenidən kasetli raketlərlə zərbə endirdi – VİDEO

İran İsrailə yenidən kasetli raketlərlə zərbə endirdi – VİDEO

Yüksək təzyiqdən sizi adi DAŞ xilas edəcək

Yüksək təzyiqdən sizi adi DAŞ xilas edəcək

“Azərsüd” mükafat qazandı

“Azərsüd” mükafat qazandı

İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO

İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir – FOTO

İran dronları Kaliforniyaya çata bilərmi? – Rəsmi Tehrandan AÇIQLAMA

İran dronları Kaliforniyaya çata bilərmi? – Rəsmi Tehrandan AÇIQLAMA

İranda niyə kütləvi etiraz yoxdur? – Tramp səbəbini açıqladı

İranda niyə kütləvi etiraz yoxdur? – Tramp səbəbini açıqladı

Eyni arxda ölən iki qardaşla bağlı rəsmi qurumdan AÇIQLAMA – “Körpə orada nə gəzirdi?” – VİDEO

Eyni arxda ölən iki qardaşla bağlı rəsmi qurumdan AÇIQLAMA – “Körpə orada nə gəzirdi?” – VİDEO

End of content

No more pages to load

RADİO