Səudiyyə Ərəbistanı: “İranın Azərbaycana hücumu düşmənçilikdir”

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə qarşı PUA hücumu cəhdini qəti şəkildə pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə krallığın XİN-i məlumat yayıb.

Bəyanatda bildirilir ki, bu addımlar region ölkələrinə qarşı düşmən siyasətin göstəricisidir.

“Bu iki ölkəyə qarşı yönəlmiş bu qorxaq cəhdlər və İranın region dövlətlərinə münasibətdə təkrarlanan aqressiv davranışı heç bir halda əsaslandırıla bilməyən düşmənçilikdən xəbər verir. Bu həm də beynəlxalq hüquqa, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır”, – deyə bəyanatda qeyd olunur.

Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bildirib, onların hökumət və xalqlarına dəstəyini ifadə edib.
 
Krallıq həmçinin vurğulayıb ki, hər iki ölkə öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququna malikdir.

Bəyanatda əlavə olunub ki, Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin qorunması, eləcə də gərginliyin qarşısının alınması istiqamətində atdığı addımları yüksək qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olundu – CƏDVƏL

Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir”

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO

Naxçıvana uçan təyyarə Bakıya qayıdıb – Baş Prokurorluq

Naxçıvan hədəfdə: İranın təhlükəli oyunu - Uşaq qatili İran dərs vaxtı məktəbi vurur...

Küveyt XİN: "Azərbaycanla tam həmrəyik"

Küveyt XİN: "Azərbaycanla tam həmrəyik"

Yaxın Şərqə 23 mindən çox təyyarə reysi ləğv edilib

Buzovnada yeni avtobus parkı istifadəyə verildi - FOTO

İranın Naxçıvana hücumu ilə bağlı cinayət işi BAŞLANDI

İsraildən Naxçıvanın vurulmasına İLK REAKSİYA - FOTO

Tehrana kütləvi zərbələr endirilir – VİDEO

Amerika–İsrail İctimai Əlaqələr Komitəsi: Biz Azərbaycanın yanındayıq

Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində - FOTO

Britaniyadan molla rejiminin Naxçıvana hücumuna SƏRT REAKSİYA – FOTO

Britaniyadan molla rejiminin Naxçıvana hücumuna SƏRT REAKSİYA FOTO

İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr – SİYAHI

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Yeni “Qoşa” lotereyası satışa çıxıb

Yeni “Qoşa” lotereyası satışa çıxıb

İrandan Azərbaycana vətəndaşların təxliyəsi bu gün də davam edib

“ABŞ-ı vururuq” deyib Naxçıvan məktəbini hədəf ALMAQ – Uşaq qatili olan MOLLA REJİMİ

Naxçıvana hücumla bağlı İrandan həyasız AÇIQLAMA - "Təkzib edirik" – VİDEO

Naxçıvana hücumda xəsarət alanların ADLARI

İranın PUA zərbələri nəticəsində yaralanan şəxslərin FOTOLARI

İranın PUA zərbələri nəticəsində yaralanan şəxslərin FOTOLARI

Səudiyyə Ərəbistanı: “İranın Azərbaycana hücumu düşmənçilikdir”

Səudiyyə Ərəbistanı: “İranın Azərbaycana hücumu düşmənçilikdir”

Ukrayna səfirliyindən İranın Naxçıvana dron hücumlarına REAKSİYA

End of content

No more pages to load

RADİO