Naxçıvan hədəfdə: İranın təhlükəli oyunu - Uşaq qatili İran dərs vaxtı məktəbi vurur...

Yaxın Şərqdə gərginliyin artdığı və regional qarşıdurmaların yeni mərhələyə keçdiyi bir vaxtda Naxçıvana İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilməsi regionda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdan və yeni geosiyasi risklər yaradan hadisə kimi qiymətləndirilməlidir.

Mülki obyektlərin – hava limanı və məktəb ətrafının – hədəfə alınması göstərir ki, söhbət sadəcə lokal hərbi insidentdən getmir.

Bu, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhlükəli addım və regionda onsuz da kövrək olan təhlükəsizlik balansını pozmağa yönəlmiş açıq təxribatdır.
 

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də qəti mövqe nümayiş etdirərək hücumu sərt şəkildə pisləyib. İranın Azərbaycandakı səfiri nazirliyə çağırılıb və rəsmi etiraz bildirilib. Azərbaycan tərəfi həmçinin bu hücumun cavabsız qalmayacağını və ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.


Lakin bu hadisənin ən diqqət çəkən tərəfi ondan ibarətdir ki, Azərbaycan uzun illərdir İranla münasibətlərdə son dərəcə təmkinli və konstruktiv mövqe nümayiş etdirib. Münaqişə başlayandan bəri Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq. Üstəlik, Azərbaycan hazırkı ABŞ–İsrail–İran qarşıdurmasında tərəf deyil. Ermənistandan fərqli olaraq heç bir ölkənin hərbi bazası Azərbaycanda yerləşmir. Amma nədənsə bu dronlar Ermənistana deyil, məhz bizə atılır.

Nədənsə yaddan çıxır ki, ABŞ-ın, Aİ-nin bazası, hərbi missiyası Ermənistandadır, İran isə Azərbaycanın mülki infrastrukturunu, uşaqları hədəf götürür. 

Xüsusi vurğulayım ki, Azərbaycanın nümayiş etdirdiyi bu siyasət yalnız diplomatik bəyanatlarla məhdudlaşmayıb. Prezident İlham Əliyev İranın ali rəhbərliyi ilə bağlı baş vermiş hadisə zamanı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub və şəxsən İranın Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verib.

Bununla yanaşı, Azərbaycan İran səfirinin Bakıda mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə etməsinə imkan verən azsaylı ölkələrdən biri olub. Bu isə Azərbaycanın açıq və konstruktiv diplomatik yanaşmasının göstəricisidir.
 

Digər mühüm məqam isə humanitar sahədə göstərilən dəstəkdir. Azərbaycan İranla sərhəd-keçid məntəqələrini açıq saxlayaraq həm İrandakı digər ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına şərait yaradıb.


Lakin bütün bu addımlara baxmayaraq, İranın mövcud siyasi rejimi bu gün hədəf kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını seçib. Naxçıvan şəhərinə və beynəlxalq hava limanı ərazisinə dron zərbələrinin endirilməsi faktiki olaraq qonşuluq münasibətlərinə zərbə vurmaqla yanaşı, regionda sabitliyə qarşı yönəlmiş açıq təxribat kimi qiymətləndirilir. Xüsusən, yüzlərlə şagirdin təhsil aldığı Şəkərabad kənd məktəbinin hədəf seçilməsi uşaq qatili İranın əsl simasını nümayiş etdirir.

Dərs vaxtı, uşaqlar məktəbdə olarkən tədris müəssisəsinin hədəf seçilməsi aşkar vəhşilikdir.  Bu, molla rejiminin iç üzünü, uşaq qatili simasını nümayiş etdirir.

Ola bilər ki, bir qədər sonra İran rəsmi bəyanat verərək dronun təsadüfən düşdüyünü iddia etsin. Lakin burada təsadüf elementinə inanmaq əsassızdır – hücum bir deyil, iki dronla həyata keçirilib və hədəflər məqsədyönlü seçilib. Bu isə hadisənin təsadüfi deyil, planlı hərəkət olduğunu göstərir.

Özünü İslamın keşikçisi kimi təqdim edən fars-molla rejiminin regiondakı davranışları isə uzun illərdir ciddi suallar doğurur.

Azərbaycanın yüzlərlə yaşayış məntəqəsinin işğal altında qaldığı dövrdə, məscidlərin dağıdıldığı, bəzilərinin isə donuz fermalarına çevrildiyi illərdə rəsmi Tehran bu vandalizmə göz yumub. Daha da irəli gedərək illərlə işğalçı Ermənistanla iqtisadi və siyasi münasibətlərini davam etdirib və faktiki olaraq onu dəstəkləyən addımlar atıb, işğalçı ölkəni "yemləyib". 

Eyni zamanda İran rəsmiləri Zəngəzur dəhlizi məsələsini “qırmızı xətt” kimi təqdim edərək Azərbaycana qarşı sərt ritorika nümayiş etdiriblər. Naxçıvanın düz yanında, Araz çayı boyunca keçirilən hərbi təlimlər isə açıq şəkildə güc nümayişi və siyasi mesaj kimi qəbul olunub.

Qarabağ müharibəsi dövründə də İranın davranışı Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradıb. Araz istiqamətində düşmən ölkənin kəşfiyyat məlumatları ilə təmin edildiyi barədə məlumatlar uzun müddət müzakirə mövzusu olub.
 

Bundan əlavə, İranın Azərbaycana qarşı uzunmüddətli təzyiq siyasətinin bir digər nümunəsi də dil məsələsində özünü göstərir. 30 milyona yaxın azərbaycanlının yaşadığı ölkədə Azərbaycan dilində bir məktəb belə fəaliyyət göstərmir, lakin illərdir hər gün bu ölkədən bizə dil uzadılır. 


Bununla yanaşı, Naxçıvan istiqamətində illərdir davam edən kəşfiyyat və pozuculuq fəaliyyətlərini də qeyd etmək lazımdır. Aidiyyəti dövlət qurumlarının sayıqlığı sayəsində onlarla belə cəhdin qarşısı qətiyyətlə alınıb, həyata keçməsi mümkün olmayıb. Xüsusilə narkotik qaçaqmalçılığı ilə bağlı təhlükələr də uzun müddətdir mövcuddur. Gömrük və digər hüquq-mühafizə orqanlarının ciddi nəzarəti olmasaydı, Naxçıvanın regionda narkotik ticarətinin əsas tranzit nöqtələrindən birinə çevrilməsi təhlükəsi real ola bilərdi.

Bütün bu faktlar fonunda Naxçıvana qarşı həyata keçirilən dron hücumu təsadüfi insident kimi deyil, daha geniş siyasi və geosiyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu hadisə bir daha göstərir ki, regionda sabitlik və qarşılıqlı hörmət prinsipləri yalnız birtərəfli şəkildə qorunanda davamlı nəticə vermir. Azərbaycan isə öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaqla yanaşı, regionda bu cür təxribatların təkrarlanmasına imkan verməyəcəyini də açıq şəkildə nümayiş etdirir.

SAHİL Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Hacı Əliyev 35 illiyini QEYD ETDİ - VİDEO

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Tramp Mertsi İranla bağlı dediklərinə görə TƏNQİD ETDİ: “Nədən danışdığını bilmir”

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bakının İKİ RAYONUNDA qaz olmayacaq

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Bu malların gömrükdən keçirilməsinə İCAZƏ verilməyəcək

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

Qızının çıxışı Dilarə Əliyevanı KÖVRƏLTDİ: “Məni atamın qəbrində basdırsınlar” - VİDEO

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum edib

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

Kadırovun qardaşı oğlunun Serbiya vətəndaşlığı ləğv edildi

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

"Siz hamınız şou-biznes adamısınız" - Vasif Məhərrəmlidən cavab

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

Birinci sinfə qəbulla bağlı YENİLİK: Uşaqlar NƏLƏRİ bilməlidir?

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

İtaliya OPEC-dən çıxan BƏƏ-yə XƏBƏRDARLIQ etdi

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

Xəzərlə bağlı qorxulu iddialar YAYILDI - RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO