Estoniya parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı - FOTO

Estoniya Parlamentinin (Riigikogu) Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı qətliamının 34-cü ildönümü ilə əlaqədar bəyanat yayaraq Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bəyanatda Xocalıda vəhşicəsinə qətlə yetirilənlərin xatirəsi anılıb və Azərbaycan dövlətinin öz ərazisində davamlı sülh quruculuğu səylərinə dəstək ifadə edilib.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

“Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı 600-dən çox günahsız mülki şəxsin, o cümlədən çoxlu sayda uşaq, qadın və qocanın amansızcasına qətlə yetirildiyi Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük. Biz Xocalının işğalı zamanı Azərbaycan mülki əhalisinə qarşı törədilmiş insanlığa qarşı cinayətləri qətiyyətlə pisləyirik. 

Biz regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququna malik olduğunu qəbul edir, Azərbaycan Respublikasının öz ərazisində davamlı sülhün bərqərar olunması, inteqrasiya və yenidənqurma istiqamətində səylərinə dəstəyimizi ifadə edirik.

Parlamentlərarası Dostluq Qrupu həmçinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin, eləcə də beynəlxalq hüquq prinsiplərinə hörmətin vacibliyini vurğulamaq fürsətindən istifadə edir, dialoqa, etimadın qurulmasına və regionun dinc inkişafına dəyər veririk. Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ölkələrimiz arasında parlament əməkdaşlığını yüksək qiymətləndirir və onu daha da gücləndirməyə sadiqdir”.

Xatırladaq ki, Estoniya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna Mariya Yufereva-Skuratovski sədrlik edir. 

Qrupun üzvləri Yak Aab, Vadim Belobrovtsev, Züleyxa İzmailova, Aleksey Yevqrafov, Ester Karuse, Toomas Kivimägi, Aivar Kokk, Eerik-Niiles Kross, Lauri Laats, Andres Metsoja, Heljo Pikhof, Juku-Kalle Raid, Urmas Reinsalu və Aivar Sõerd-dir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Teymur Musayevdən ciddi islahatların ANONSU

Teymur Musayevdən ciddi islahatların ANONSU

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Qəzalı vəziyyətdə olan tibb müəssisələrinin təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzalı vəziyyətdə olan tibb müəssisələrinin təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazir: “Yalnız bu klinikalara onkoloji xidmət üçün lisenziya veriləcək”

Nazir: “Yalnız bu klinikalara onkoloji xidmət üçün lisenziya veriləcək”

Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

Fəaliyyətinə icazə verilən estetik cərrahların SAYI AÇIQLANDI

Fəaliyyətinə icazə verilən estetik cərrahların SAYI AÇIQLANDI

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - Nazirdən AÇIQLAMA

TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - Nazirdən AÇIQLAMA

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Ceyhun Bayramov: “Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi” – VİDEO

Ceyhun Bayramov: “Xocalı faciəsi etnik nifrətə əsaslanan siyasətin tərkib hissəsi idi” – VİDEO

ABŞ səfirliyi: Xocalıda həlak olanların ailələrinə başsağlığı veririk

ABŞ səfirliyi: Xocalıda həlak olanların ailələrinə başsağlığı veririk

Azərbaycan xalqı "Ana harayı" abidəsini ziyarət edir – FOTO

Azərbaycan xalqı "Ana harayı" abidəsini ziyarət edir – FOTO

Qəbələdə ağır qəza - 24 yaşlı oğlan HƏLAK OLDU

Qəbələdə ağır qəza - 24 yaşlı oğlan HƏLAK OLDU

DİM imtahan tarixini AÇIQLADI

DİM imtahan tarixini AÇIQLADI

Dişlərə zərər verən VƏRDİŞLƏR

Dişlərə zərər verən VƏRDİŞLƏR

Türkiyə səfiri: Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkə kimi düşüb

Türkiyə səfiri: Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkə kimi düşüb

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ceyhun Bayramov: “AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir”

Ceyhun Bayramov: “AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir”

Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: ŞİKAYƏT - VİDEO

Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: ŞİKAYƏT - VİDEO

“Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir? – VİDEO

“Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir? – VİDEO

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar

Kürdəmirdə yük maşını qəza törətdi – ÖLƏN VAR

Kürdəmirdə yük maşını qəza törətdi – ÖLƏN VAR

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Bakıda bərbad vəziyyətdə olan xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda bərbad vəziyyətdə olan xəstəxana ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO