Zərif Quliyeva: “Xocalıda 11 doğmamı itirmişəm”

“1980-ci ildə Xocalıda anadan olmuşam. Hadisələr baş verəndə mən Ağdamda, ailə üzvlərimin hamısı Xocalıda idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a Xocalı faciəsində 11 yaxınını itirən Zərif Zəkəra qızı Quliyeva deyib.

“Atışma çox güclü idi, hər kəs canını qurtarmağa çalışırdı. Kiçik qardaşım ailəsinin aralı düşdüyünü eşidib geri qayıdıb ki, onları tapsın. O, çox mərd idi. Üstündə qumbara olduğu deyilib mənə. Qumbara ataraq dörd ermənidən qisas alıb. Daha sonra ona tərəf qumbara atılıb. Həmin partlayış zamanı qardaşım ağır yaralandığı üçün qucağındakı uşaqla orada şəhid olub. Böyük qardaşımın adı Əkbər, kiçik qardaşımın isə Taleh idi”, - o bildirib.

Z.Quliyeva qeyd edib ki, Xocalı soyqırımında ailəsi çox ağır itkilər verib: “Atam, anam, iki qardaşım, qardaşlarımın övladları, bacım, bacımın qızı, böyük bacımın oğlu - hamısı şəhid oldu. Bir gecənin içində səkkiz şəhid verdik. Sonrakı illərdə iki bacımın yoldaşları şəhid oldu.

Ümumilikdə Quliyevlər ailəsi olaraq 11 şəhid verdik. Bununla da, kəndimizdə ən çox şəhid verən ailə olduq.

Böyük bacım həm şəhid ailəsi üzvüdür, həm də şəhid anasıdır. Onun 17 yaşlı oğlu atəş altında qalaraq həlak olub. Hadisələrdən sonra Ağdamda xocalıları qarşılama mərasimində iki bacım gəldi. Qardaşlarımızdan xəbər yox idi. Daha sonra qardaşımın yoldaşı ilə səkkiz yaşlı qızı gəldi. Hər ikisi yaralı idi. Qardaşım qolundan, qardaşımın qızı isə qarnından güllə yarası almışdı. Qızı çox keçmədən dünyasını dəyişdi.
 

Biz Ağcabədiyə getdik. Qardaşım, qardaşımın qızı və əmimin gəlini bizdən əvvəl oraya aparılmışdılar. Atamla anamdan isə hələ xəbər yox idi. Martın 5-i və 6-da atamın və anamın meyitləri gəldi. Martın sonlarında böyük qardaşımdan da xəbər çıxdı. Sonra bacımgilin meyitlərini gətirdilər. Onlar Ağdamda dəfn olundular. Həmin vaxt heç kim Ağdamın işğal olunacağını düşünmürdü.


Başımız bir cənazədən digərinə qarışmışdı. Böyük qardaşım barədə bir müddət “sağdır, əsir düşüb” deyirdilər. Onu çox gözlədik. Ard-arda itkilər verdik. Ermənilərin öldürdükləri böyük qardaşımın 29, kiçik qardaşımın 24, bacımın 26 yaşı vardı. Atam 53, anam 58 yaşında idi.

Şəhid olan uşaqların səkkiz və iki yaşı vardı. Bacımın oğlu 17 yaşında idi. Çox ağırdır, danışmaq çətindir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

End of content

No more pages to load

RADİO