Ceyhun Bayramov Əfqanıstan rəsmiləri ilə görüşdü

21 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan ikitərəfli münasibətlərdən, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edib.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olunub. Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən nazir, qardaş ölkənin siyasi dəstəyinin 44 günlük Vətən Müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.

Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Hamdullah Mohib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşü məmnunluqla qeyd edib.

O, iki ölkənin rəhbərləri arasında mövcud olan şəxsi münasibətlərin ikitərəfli münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Qələbə münasibətilə Azərbaycanı təbrik edən Hamdullah Mohib, Əfqanıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Tərəflər, ölkələr arasında iqtisadi, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri, o cümlədən Lapis-Lazuli tranzit yolunun inkişafı, Transxəzər fiber optik rabitə xətti, eləcə də Əfqanıstanlı gənclərin Azərbaycanda təhsil almaq imkanları və digər mövzular üzrə fikir mübadiləsi aparıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

End of content

No more pages to load

RADİO