İranda əslində nə BAŞ VERİR?

İranda vəziyyət getdikcə gərginləşir. Dekabrın sonlarından başlayan etirazlar vətəndaş qarşıdurması səviyyəsinə yüksəlib. 15 gün ərzində 500-dən artıq etirazçı öldürülüb, minlərlə insan yaralanıb. Təsadüfi deyil ki, faciənin miqyasının böyük olması səbəbilə İranda 3 günlük matəm elan edilib.

Etirazlar niyə başladı?
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO


İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və ölkə daxilində aparılan qeyri-sağlam iqtisadi siyasəti dövləti dalana dirəyib. Bu durum iqtisadi geriləmə infilyasiyanın sürətlənməsinə rəvac verir.

Təsadüfi deyil ki, İran rialı yeni il ərəfəsində dollar qarşısında ucuzlaşmaya görə tarixi rekord qırıb. Hazırda 1 dollar 100 min riala bərabərdir. Bu isə İranın milli valyutasının gərəksiz kağız parçasına çevirildiyini göstərir. Məhz bu amilin İranda etirazlara səbəb olduğu deyilir. Lakin sonrakı günlərdə etirazçılar təkcə iqtisadi tələblər yox, həm də siyasi çağırışlar edirlər.

Etirazlarda ABŞ “barmağı”

Nə təsadüfdürsə İranda etirazlar Venesuelada baş verən hadisələrlə demək olar ki, eyni  vaxtda başladı. Bu da bir təsadüf ola bilməz. Çünki dünyada heç bir siyasi olay, etirazlar və çevrilişlər böyük güclərin xəbəri və iştirakı olmadan baş verə bilməz.

Bununla Ağ Ev iki məsələni hədəfləyir: həm Venesuela hadisələrini arxa plana keçirtmək, həm də dünyaya Venesueladan sonra guya hədəfin İran olduğu mesajını vermək.


Nəzərə alaq ki, İrana qarşı beynəlxalq münasibət birmənalı deyil. Hətta müsəlman ölkələrinin əksəriyyəti molla-fars rejimi ilə soyuq münasibətdədir. Qeyri-müsəlman ölkələrinin çoxu da İrana antipatiya bəsləyir. Ona görə də İran üzərində oyunlar qurmaq çox asandır.

Əvvəllər də qeyd etdiyimiz kimi, indiki İran rejimi anqlo-saksların layihəsidir. Son 47 ildə ABŞ, İsrail və İran eyni qapıya oynayıblar. Bu gün də belədir. Ona görə də İranda baş verənlər kənardan idarə edilən bir prosesdir.

Trampın açıqlamaları da bunu bir daha təsdiqləyir. Etirazlar başlayandan dərhal sonra Tramp bəyan elədi ki, İranda bir etirazçı ölsə, o zaman ABŞ prosesə müdaxilə edəcək. Bu gün ölən etirazçıların sayı 500-ü keçib, amma Tramp adminstrasiyası hələ də susur.

Yəqin ki, sona qədər də susacaq...

Təbii ki, ara-sıra sərt bəyanatlar olacaq. Uzağı İranın müəyyən hərbi obyektlərinə zərbə endirilə bilər. Amma ABŞ bundan artığını etməyəcək. Çünki Vaşinqton İranda nə rejimin dəyişməsini, nə də ölkənin parçalanmasını istəyir. Doğrudur, okeanın o tayından müxtəlif təkliflər səslənir. Lakin həmin təkliflərin nə sosial dayağı var, nə də real icra mexanizmi.

Sadəcə olaraq ABŞ Venesuelada öz işlərini sahmana salana qədər İran hadisələrinin gündəmdə olmasını istəyir.

Bəs etirazlar nəticəsiz qalacaq?
 

Nə qədər İran rejimi anqlo-saksların müəyyən etdiyi oyun qaydaları ilə hərəkət edir, bir o qədər də molla-fars rejimini heç bir təhlükə gözləmir. Bu mənada son etirazlar ən yaxşı halda İranda kosmetik dəyişikliklərə yol açacaq.


Müəyyən islahatlar aparılacaq, rejimin idarəçiliyində müəyyən yumşalmalar olacaq. Bu islahatlar bir sıra məmurların və ayətullahların sonunu gətirə bilər. Hətta Məsud Pezeşkian vəzifəsindən gedə bilər. Amma rejim dəyişməyəcək.

Pezeşkian Yusif Sərrac rolunda

Hazırda Pezeşkianı bəzi ekspertlər İranın “Mixail Qorbaçovu” adlandırır. Bənzətmədə müəyyən oxşar çalarlar olsa da, ifadə reallığı tam əks etdirmir. Çünki Qorbaçovun yenidənqurma oyunu SSRİ-nin sonunu gətirdi. Amma Pezeşkian o gücdə və səlahiyyətdə deyil.

Ona bu prosesdə müəyyən səlahiyyətlər veriblər. O da bu səlahiyyətlərindən istifadə edib hökuməti, daha çox da özünü tənqid edir. Amma onun siyasi qərar vermək hüququ yoxdur. Bu hüquq ali dini liderə məxsusdur.

Bu mənada Pezeşkian Mirzə Fətəli Axundovun əsərində olduğu kimi Yusif Sərrac rolunda çıxış edir. Lazım gəlsə rejim öz varlığını qorumaq üçün onu fəda edəcək. Daha sonra ölkədə müəyyən demokratiya yelləri əsəcək. Amma bu müvəqqəti olacaq. Bir müddət sonra rejim öz gücünü ortaya qoyacaq.

Nəzərə alaq ki, 47 il ərzində İran “İslam dövləti” kimi onun qarşısında qoyulan hədəflərə çatmadı. Nə yeni İslam fəlsəfəsi reallaşdı, nə də ki, müsəlman dövlətləri arasında uzunmüddətli nifaq salındı.
 

Ona görə də xarici qüvvələr bu dəfə daha modern bir İran dövləti yaratmaq istəyir. Xurafatçı islam dövlətindən müasir islam dövlətinə keçid ediləcək. Beləliklə dünyaya yeni bir İslam dövlətinin təqdimatı gözlənilir. Zahirdə xristian dünyası və sionistlərlə düşmən, batində isə onların əlaltısı olan bir dövlət modeli üzərində iş gedir.


Qərb üçün asan olmayacaq...

Çünki azərbaycanlılar bu layihənin kənarında saxlanılır. Təsadüfi deyil ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə ya etiraz aksiyaları təşkil olunmur, ya da dinc və azsaylı nümayişlər keçirilir.

Halbuki azərbaycanlılar hər zaman siyasi proseslərin mərkəzində olublar. Yada salaq ki, 1979-cu ildə İranda şahın devrilməsində əsas pay sahibi azərbaycanlılar oldu. O zaman inqilabın əsl lideri, ali dini rütbəli azərbaycanlı Ayətullah Seyyid Məhəmməd Kazım Şəriətmədari idi. İnqilabı onun tərəfdarları reallaşdırsa da, Qərb bir azərbaycanlının dövlətin başında olmasını istəmədi. Qərb dairələrinin xüsusi xidmət orqanlarının müşayiəti ilə Hindistan əsilli Ayətullah Xomeyni hakimiyyətə gətirildi.
 

Şəriətmədari isə sonradan Cənubi Azərbaycana muxtariyyət, məktəb, azadlıq və dinin siyasətə qatılmaması tələblərinə görə həbs olundu, işgəncə ilə guya Xomeyniyə sui-qəsd təşkil etməkdə ittiham edilərək edam cəzasına məhkum edildi. Doğrudur, xalqın qəzəbindən qorxan rejim edam cəzasını icra etmədi, onu ev dustaqlığına məcbur etdi. Onunla bütün ünsiyyət kəsildi. Hətta onun həkim müayinəsi və müalicəsi qadağan edildi.


Bu gün də qurban seçilən daha bir azərbaycanlı - Məsud Pezeşkiandır. Pezeşkianın taleyi isə Şəriətmədarininkindən heç də yaxşı olmayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

End of content

No more pages to load

RADİO