DTX rəisi Əfqanıstan nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib, Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb.

Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun da iştirak edib.

Bizim.Media DTX-nın saytına istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi tərəqqi siyasəti və hüquq mühafizə sahəsində aparılan islahatlar, beynəlxalq terrorçuluqla mübarizə, ümumən sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti cənab Əşrəf Qaninin ümumi səyləri nəticəsində xalqlarımız arasında inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması üzrə tərəfdaşlığın gücləndirilməsinə də xidmət edir.

General-polkovnik Əli Nağıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasına Əfqanıstan tərəfindən verilmiş siyasi və diplomatik dəstəyi xüsusi vurğulamış və bu cür davamlı təmasların ölkələrimiz, eləcə də müvafiq təhlükəsizlik strukturları arasında əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildiriblər.

Onlar xalqlarımızın tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

End of content

No more pages to load

RADİO