Prezident beynəlxalq konqresin iştirakçılarına MÜRACİƏT ETDİ

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konqres iştirakçıları!
 

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.


Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir.

Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur.
 

İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.


Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

Vüsal Cahangirinin kitabının yeni nəşri rus dilində işıq üzü görəcək

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

3 ölkənin müdafiə naziri Xocavənd rayonunda hərbi texnikanın sərgisində – FOTO

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

End of content

No more pages to load

RADİO