Zəfərin təntənəsi – Konstitusiya və suverenlik

2020-ci il noyabr ayının 8-i bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi. Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.

Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib.

2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi.
 

Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı.


Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

Beləliklə, uzun illər həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş şəhərlərimizdə dalğalanması ilə nəticələndi.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Böyük Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
 

Eyni zamanda, bu Zəfər qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.


Müharibə dövründə orduya komandanlıq edən, onun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbə ilə nəticələndi. Prezident İlham Əliyev istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrlə münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq oldu.

Keçən beş il ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirir.

Xüsusilə, 08 avqust 2025-ci il tarixində Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşün nəticəsinə dair yeddi bənddən ibarət Vaşinqton Bəyannaməsinin imzalanması ilə Sülh Sazişinin müddəalarının paraflanması Azərbaycan xalqının növbəti illərdə Zəfər Gününü daha böyük sevinc, coşqu, və fəxarət hissi ilə qeyd edəcəyinə əminlik yaradır.

Onu da qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu.

Bu Zəfər keçən beş il müddətində Azərbaycanın, eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Eyni zamanda, bu gün Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonlarında gedən sürətli bərpa və quruculuq işləri Azərbaycan dövləti, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur.

Heç kəsə sirr deyil ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının əsası qoyuldu, müstəqilliyimizin rəmzlərinə çevrilən Dövlət Bayrağı və Konstitusiya qəbul edildi.

Təsadüfi deyil ki, noyabr xalqımız üçün xüsusi əlamətdar aylardan biridir. Bu ay qədirbilən Azərbaycan xalqı Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük qürur hissi ilə qeyd edir.
 

Dövlətçilik tariximiz üçün bu vacib günlər bu il Konstitusiyamızın qəbul olunmasının 30-cu, İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfərin 5-ci ildönümü münasibətilə ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir.


Bu il xalqımız 08 noyabrda tarixi Zəfərin, eləcə də öz gücü, iradəsinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Azadlıq meydanında Zəfər Günü münasibətilə böyük Zəfər paradına şahidlik edəcək. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun, Azərbaycana dost və qardaş olan dövlətlərin nümayəndələri də iştirak edəcəklər.

Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Ölkə başçısının qeyd etdiyi kimi, “Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.”

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

U-20 millisini Arif Əsədov çalışdıracaq? - Özündən AÇIQLAMA

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric EDİLDİ

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric EDİLDİ

Qumral Musayeva 1 milyon 680 min manat qazanıb?

Qumral Musayeva 1 milyon 680 min manat qazanıb?

Fatih Altaylı ilə bağlı QƏRAR VERİLDİ

Fatih Altaylı ilə bağlı QƏRAR VERİLDİ

Audiovizual Şura “ATV”yə XƏBƏRDARLIQ ETDİ

Audiovizual Şura “ATV”yə XƏBƏRDARLIQ ETDİ

“Azərbaycanda 200 minə xına məclisi keçirilib” - VİDEO

“Azərbaycanda 200 minə xına məclisi keçirilib” - VİDEO

İmran Xan həbsxanada öldürülüb – SENSASİON İDDİA– VİDEO

İmran Xan həbsxanada öldürülüb – SENSASİON İDDİA– VİDEO

Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

Azərbaycan Nəşriyyatları Assosiasiyası Türküstan Kitab Sərgisində iştirak edir – FOTO

“Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq

“Kayrat”ın baş məşqçisi: Hamı istəyir ki, biz də “Qarabağ” kimi xallar toplayaq

“Topol” və “İskander” raket komplekslərinin yaradıcısı ÖLDÜ

“Topol” və “İskander” raket komplekslərinin yaradıcısı ÖLDÜ

Şahin Mustafayev Aleksandr Novakla GÖRÜŞDÜ

Şahin Mustafayev Aleksandr Novakla GÖRÜŞDÜ

Türk dünyasının İncəsənət Muzeyi açıldı – FOTO

Türk dünyasının İncəsənət Muzeyi açıldı – FOTO

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutu ilə bağlı TARİXİ ANLAŞMA

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” marşrutu ilə bağlı TARİXİ ANLAŞMA

General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

Saray körpüsünə gedən yolda genişləndirmə işləri BU TARİXDƏ bitəcək – RƏSMİ– VİDEO

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?

Sumqayıt-Yalama dəmiryol xəttinin yenidənqurma işləri nə vaxt tamamlanacaq?

Bu ay cərimələnən klinika və həkimlərin SAYI

Bu ay cərimələnən klinika və həkimlərin SAYI

Bakıda turistin pulunu oğurlayan şəxs TUTULDU - FOTO

Bakıda turistin pulunu oğurlayan şəxs TUTULDU - FOTO

Binəqədidə marketə bıçaqla basqın edib kosmetik məhsulları taladılar – ANBAAN VİDEO

Binəqədidə marketə bıçaqla basqın edib kosmetik məhsulları taladılar – ANBAAN VİDEO

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

End of content

No more pages to load

RADİO