Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belen şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyən Cevdet Yılmaz, COP29 zamanı mühüm qərarların qəbul olunduğunu bildirib.

O, qardaş Türkiyənin bu tədbirdə fəal iştirak etdiyini xatırladıb.

Türkiyə Respublikasının Vitse-prezidenti 8 noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.
 

Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütün məsələlərdə bir-birini daim dəstəkləyir.


Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin indiki yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən, təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonunda Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeyd edilib.
 

Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu mənada ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasından məmnunluqlarını bildiriblər.


Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın gəlməsinə müsbət təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

End of content

No more pages to load

RADİO