“Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra Ermənistanla hərbi əməliyyatları dayandırmaq qərarı verərək həqiqi dövlət adamı düşüncəsinin nümunəsini nümayiş etdirib”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”da yayımlanan biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 8 avqustda Oval kabinetdə keçirilən görüş zamanı Tramp, Paşinyanın da olduğu şəraitdə, Azərbaycan prezidentinə belə sual verib:
“Niyə dayandınız? Sizin qələbəniz vardı, sizin böyük ordunuz var idi” Azərbaycanın dövlət başçısı isə cavab verib:
“Mən bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.
Bu, liderliyin heyrətamiz bir nümunəsi idi”, - deyə Uitkoff vurğulayıb.
Bizim.Media