Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.
 

Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib.


Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb.

Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirib, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu deyib.
 

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edilib.


Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Biri düyü, biri neft göndərir

Biri düyü, biri neft göndərir

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Neftçalada faciəvi QƏZA – Yeniyetmə qardaşlar həyatını itirdi – VİDEO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

Pezeşkiandan dünyaya XƏBƏRDARLIQ - “Bu alov hamını yandıra bilər” – FOTO

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

End of content

No more pages to load

RADİO