Milli Məclisdə kadr dəyişikliyi həyata keçirilib. Qurumda iki yeni sektor müdiri təyin olunub.
Bizim.Media xəbər verir ki, Cahid Yusif oğlu Məmmədov Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsinə, Ramin Ramiz oğlu Cəlilov isə Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə təyin edilib.
Yeni təyinatlarla bağlı müvafiq əmr imzalanıb. (Modern.az)
Bizim.Media