Dağıdıcı müxalifət təhdid vasitəsinə çevrilir ANALİZ

Azərbaycanın azad, demokratik dünyanın ayrılmaz hissəsi olaraq Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olması, dünyanın elm, mədəniyyət sahələrinə mühüm töhfələr verməsi ölkəmizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə, nüfuzunun daha da artmasına böyük təkan olub.

Etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasının nəticəsi olaraq Azərbaycan dünyada sülhün və təhlükəsizliyini təmin edilməsində aparıcı güc mərkəzləri ilə bir sırada dayanır. Buna misal olaraq 20 ölkənin təmsilçiliyi ilə Misirin Şarm əl-Şeyx şəhərində təşkil olunan Qəzzaya dair "Sülh sammiti"ndə Azərbaycanın da iştirak etməsini göstərmək olar.

120 ölkənin təmsil ounduğu Qoşulmama Hərəkətına dövlətlər yalnız il əzində bir dəfə sədrlik edə bilər.

Azərbaycan isə Qoşulmama Hərəkatı tarixində yeganə dövlətdir ki, ölkə rəhbərlərinin və parlamentlərinin israrlı xahişi ilə ardıcıl olaraq 4 il Qoşulmama Hərəkatına sədrlik etdi.

Azərbaycanın sədrliyi dövründə (2019-2023-cü illər) Qoşulmama Hərəkatının qlobal arenada nüfuzu və gücü möhkəmləndi, Hərəkatın institusional inkişafına töhfə verdi. Üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatı təsis olundu, habelə Qadın Platforması yaradıldı. Azərbaycanda çox böyük uğurla təşkil edilən və həyata keçirlən COP29 konfransında dünya ekaloji sisteminə əvəzsiz töhfələr verən qərarlar qəbul edildi, niyyət protokolları imzalandı.
 

Təəssüflər olsun ki, ölkəmizin dünya miqyasında gücü və rolu artdıqca bəzi daxili və xarici qüvvələrində Azərbaycana qarşı pozucu, dağıdıcı fəaliyyətlərinin sferası da genişlənir. Yəni əvvəllər Azərbaycanın dağıdıcı müxalifəti, xaricdəki antimilli ünsürlər, elcə də onlarla eyni düşünən və pərdəarxası fəaliyyət yolu tutan keçmiş vəzifə mənsubları ayrı-ayrılıqda Azərbaycanın dövlət mənafeyinə qarşı fəaliyyət göstərirdilərsə, bu gün artıq eyni əski parçası ətrafında birləşiblər.


Bu da onu təsdiq edir ki, məkrli tərəflər "düşmənimin düşməni mənim dostumdur" prinsipindən çıxış etməyi daha məqbul hesab ediblər. Əksər ölkələrdə "5-ci kolon"lara qarşı aparılan sərt addımlar atılmağa başlandığı indiki mürəkkəb beynəlxalq situasiyada, daxildəki və xaricdəki anti-Azərbaycan ünsürlərin birləşməyə fürsət axtardığı bir vaxtda Azərbaycan dövləti daha qətiyyətli addımlar atmalıdır və yəqin ki atacaq, AXCP, Müsavat, Milli Şura kimi "no war"çılar, feminist maskasına bürünmüş ünsürlər və digərlərinin təxribatçı fəaliyyətinə son qoymalıdır. Yəqin bununla bağlı həbslər də olacaq.

İllər boyu Azərbaycan dövlətinə və xalqına qənim kəsilmiş, xarici qüvvələrin maraqları, müstəqilliyimizə və suverenliyimizə təhdid qüvvələrə, sadəcə, reaksiya göstərilməməli, qəti profilaktik addımlar atılmalıdır.

Haqlı sual yaranır, dağıdıc müxalifət və xaricdəki antimilli ünsürlər Ramiz Mehdiyev olayından niyə danışmırlar?

Prezident Administrasiyasının keçmiş rəhbəri və dəstəsinin ifşa edilməsindən sonra yeni detallı faktların üzə çıxması da göstərdi ki, sözdə bir-birinə qarşı rəqib olduqlarını nümayiş etdirən Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, əslində, Ramiz Mehdiyevin şəbəkəsi ilə eyni maraqları bölüşüblər.
 

Hətta mətbuata sızan məlumatlara istinadən qeyd olunan fakt ondan ibarətdir ki, Ramiz Mehdiyev dəstəsi AXCP, Müsavat, Milli Şura yetkililərinə və onların trollarına ümumilikdə 18 milyon manat yardım ediblər.


Təbii ki, faktın məlum olan bir hissəsidir. Geniş araşdırmalarla Ramiz Mehdiyev şəbəkəsinin dağıdıcı müxalifələrə daha çox yardım göstərdikləri üzə çıxacaq.

Haqlı sual meydana çıxır, heç bir yerdən gəliri olmayan AXCP sədri Əli Kərimli necə ola bilir ki, 4 mühafizəçinin müşayiəti ilə iki bahalı xarici avtomabillə şəhərdə hərəkət edir.

Qiyməti 45- 50 min manat olan avtomobillər göydən Əli Kərimlinin qarşısına düşə bilməz. Təbii ki, mühafizəçilər də pulsuz dərisi bir qəpiyə dəyməyən Əli Kərimlinin həndəvərində fırlanmazlar. Haradandır ona bu maliyyə dəstəyi? Eyni "xeyirxahlıq" xaricdəki antimilli ünsürlərə qarşı da göstərilir.

Məlum olur ki, Ramiz Mehdiyev dəstəsi vasitəsi ilə davamlı olaraq Azərbaycanın atributlarına qarşı təhqir elementlərindən, söyüş ritorikasından ən iyrənc formada istifadə edən xaricdəki antimilli ünsürlərə 48 milyon ABŞ dolları yardım ediblər.

Əgər belə bir fakt yoxdursa, Ramiz Mehdiyev və dəstəsi ortaya çıxıb inkar etsinlər. Adətən, sosial şəbəkələr vasitəsi ilə Azərbaycanda baş verən istənilən hadisə haqqında xaltasız it kimi hürməyə adət edən xaricdəki antimilli ünsürlər Ramiz Mehdiyev olayından danışmırlar, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və digərləri də susurlar. Niyə, şübhəli deyilmi? Cəmiyyət haqlı olaraq dağıdıc müxalif ünsürlərdən əsaslı sulların cavabını gözləyir. Təbii ki, onlar susacaqlar, danışmayacaqlar. Çünki oğurluğu birgə ediblər.

Dövlətçiliyə qarşı çıxanlar cəzasız qala bilməz

Ramiz Mehdiyevin həbsi və dəstə üzvlərinə qarşı hüquqi tədbirlərin görülməsinə başlanılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələbidir. Çünki böyük zəhmət, əmək hesabına qurulan əzəmətli Azərbaycan dövlətini dövlət çevrilişlərinə cəhdlərlə sarsıtmaq, bağışlanması qeyri-mümkün olan cinayətdir. Cinayətkar cəzasız qalanda isə ondan xalq və dövlət çox böyük əziyyətlər çəkir.
 

Əksər dövlətlər də belədir. Ağır cinayətlər törədən istənilən vəzifəli şəxs tutduğu mövqeyindən, daşıdığı vəzifəsindən asılı olmayaraq həbs olunurlar. Dost, qardaş Türkiyədə "FETÖ"-çuların həbslərinin ardınca, İstanbul şəhərinin Esenyurt rayon bələdiyyə başqanı Əhməd Özərin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsini, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun məsuliyyətə çəlb olunmasını, Ankara, İzmir və digər böyük şəhər bələdiyyələrinə qarşı hüquqi iddiaların qaldırılmasını buna misal olaraq göstərmək olar.


Dünyanın aparıcı dövlətlərindən hesab olunan ABŞ-da Donalt Tramp hakimiyyətinin Kaliforniyada, Texasda və digər iri şəhərlərdə, ştat ərazilərində ordunun dəstəyi ilə polisin kütləvi həbslər aparması, terrora qarşı tədbirlər göstərməsi də mövcud reallıqlardandır.

D.Tramp açıq şəkildə ölkə ərazisində müəyyən qüvvələrin ABŞ-ın qüdrətinə təhdid yaratdıqlarını bəyan etməsi və aparılan əməliyyatların bir hissəsinin korrupsiyaya bulaşmış və xarici təsir agentlərinin yuvasına çevrilmiş yan təşkilatları sıradan çıxarması olduğunu qeyd etməsi dövlətin qanunlarına təhdid yaradan istənilən qüvvəyə, təşkilata qarşı sərt tədbirlərin görülməsinin qaçılmaz olduğunu göstərir.

Çin Xalq Respublikası artıq bir neçə ildir ki, kiber suverenlik konsepsiyasını işə salıb. Qazaxıstan xarici təsiri neytrallaşdırmaq istiqamətində addımlar atır, xariclə bağlı kadrların təmizlənməsi istiqamətində qətiyyət göstərir, həbslər həyata keçirir.
 

Özbəkistanda Şavkat Mirziyoyev prezidentliyi dövründə həm radikal dini şəbəkələr, həm köhnə sovet nomenklaturasının qalıqları, həm də Rusiyaya bağlı məmur qruplarının neytrallaşdırılması ilə bağlı sərt və qətiyyətli addımlar atılıb.


Ermənistanın Paşinyan hakimiyyətinin repressiv üsullarla cəmiyyəti qarışdırmaq istəyən bütün qüvvələri neytrallaşdırması, Rusiya ilə bağlı oliqarxların həbsi və mülklərinə əl qoyulması, dövlətin idarə olunmasına iddia edən kilsəyə qarşı sərt addımlar atması, Gürcüstanda bir necə qubernatorun, o cümlədən Tbilisi şəhər merinin bir qədər əvvəl həbs olunması, keçmiş prezident M.Saakaşvilinin həbs olunması və digər ölkələrdə yüksək vəzifə tutan şəxslərin, eləcə də dövlətə təhdid yaradan qüvvələrin həbs olunması bir daha təsdiq edir ki, dövlətlər hüququn aliliyini təmin etmək üçün qətiyyətli addımlar atmaqdan çəkinmirlər.

Bu, həm də yeri gələndə qanuna istinad etməklə güc tətbiq etməyin yalnız dövlətə məxsus olduğunu göstərir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Heç kim xüsusi imtiyaza, səlahiyyətə malik deyil. Hər kəs qanun qarşısında bərabər hüquqa malikdir.

Necə deyərlər ,"Qanun şahdır, şah qanun deyil". Ölkəmizdə xalq-iqtidar birliyi nə qədər güclü olsa da, R.Mehdiyev olayı göstərir ki, daxildə və xaricdəki anti-Azərbaycan qüvvələr təşkilatlanmaq üçün fürsət axtarır. Son günlər onların bir qədər aqressivləşməsi, sabit, sakit Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa xidmət edən statuslar yazmaları, videolar paylaşmaları göstərir ki, dağıdıcı ünsürlər R.Mehdiyevin həbsindən ciddi narahat olublar.

Dağıdıcı ünsürlər və R.Mehdiyevin şəbəkəsi qarşıdurmalar yaratmaqla, dezinformasiya xarakterli informasiyalar yaymaqla cəmiyyətdə bir gərginlik yaratmağa ümid edirlər. AXCP İdarə Heyətinin üzvü Natiq Ədilovun, Əli Kərimlinin müavini Seymur Həzinin açıq etirafları, "Hürriyyət" TV- nin və "Hürriyyət" qəzetinin baş redaktoru, ADP sədri Sərdar Cəlaloğlunun bacısı oğlu Vüqar Məmmədovun həbsi və aparılan axtarış əməliyyatları zamanı üzə çıxan faktlar təsdiq edir ki, R.Mehdiyevin və xaricdəki anti-Azərbaycan dairələrinin təxribat maşınlarının bir ucu dağıdıcı müxalifətə qədər gedib çıxır.
 

Türkiyədə İstanbul bələdiyyə başqanı, hakimiyyətə müxalif partiyanın rəhbərlərindən biri olan Əkrəm İmamoğlu ilə bağlı istintaqda Müsavat başqanı İsa Qəmbərin adının hallanması göstərir ki, xaricdən Türkiyə müxalifətini maliyyələşdirən xarici dairələr Azərbaycanda da müxalifət üçün maliyyə qaynağıdır.


Dağıdıcı partiyaların siyasi fəaliyyətlərinə xitam verilməsinin vaxtıdır

Dağıdıcı müxalifətin və onlarla eyni maraqları bölüşən "5-ci kolon" təmsilçilərinin hədəfləri ancaq ölkədə qarşıdurma yaratmaq, pozuculuq aktları törətməkdir. Onlar üçün dövlətçilik mənafeyi, milli maraqlar anlayışı yoxdur. Bunun əyani sübutu olaraq AXCP, Müsavat və Milli Şura rəhbərliyini 44 günlük Vətən Müharibəsi dönəmində ermənidən çox ermənilik etmələrini göstərmək olar.

Bütün siyasi partiyalar, ictimai təşkilatlar erməni vandalizminə qarşı birləşib, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə müraciətlər ünvanlayanda onlar susurdular, müraciətlər, qoşulmaqdan imtina edirdilər. Parlaq hərbi, siyasi, diplomatik qələbədən sonra Ə.Kərimli BBC-yə müsahibəsində "nə olsun ki, bizim qələbəmiz Koşaryanın, Sarkisyanın Azərbaycanın torpaqlarını işğal etməsindən böyük deyil ki" deyərək zəfərin əzəmətinə kölgə salmağa çalışmışdı.

Vətən Müharibəsindən əvvəl isə Əli Kərimlinin sosial media üzərindən "Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil" mesajları verməsi, ideoloji diversiya mərkəzlərinə çevrilmiş marginal qrupların 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində və Zəngəzur dəhlizi ilə bağlı proseslərdə milli birliyi pozmağa, beynəlxalq təzyiq mexanizmlərinə arqument verməyə çalışması, 5-ci kolona "novarçılar", "feministlər" kimi qrupların da aktiv qoşulması və separatçı fikirlər, rəylər və fəaliyyətlər bir daha onu təsdiq edir ki, AXCP, Müsavat kimi partiyalar cəmiyyət üçün təhdid vasitəsidir.

Ümumilikdə 1993-cü ildən bəri dağıdıcı müxalifət istər Rusiyanın qaranlıq dairələrinin, istərsə də indiki fars-molla rejiminin, eləcə də Qərbin əlində Azərbaycana qarşı oyuncaq olub və bu gün də belədir.
 

Fikir verin, 2003-cü il 15-16 oktyabrda Əli Kərimli, İsa Qəmbər və digərləri ətraflarında olan pozucu dəstələrlə Bakı şəhərində iğtişaşlar törətdilər və nəticədə şəhərin təsərrüfat sisteminə böyük zərər dəydi. Bakı şəhərində iğtişaşçılar avtobusların, dükanların şüşələrini sındırdılar, avtomobilləri əzdilər, neçə-neçə dinc sakinə xəsarətlər yetirdilər.


Zərərin miqyası çox böyük oldu. Pozucu qüvvələr asayiş keşikçiləri tərəfindən neytrallaşdırdıqdan sonra bir neçə gün lazım gəldi ki, dağıntılar aradan qaldırılsın.

Eyni vəziyyəti AXCP və Müsavat 2005-ci ilin noyabrında Qələbə meydanında təkrarlamağa çalışdı, ancaq yenə də alınmadı. Sonrakı illərdə bir neçə dəfə də AXCP və Müsavat daxili və xarici ağalarının göstərişlərinə uyğun olaraq icazəsiz aksiyalarla Bakıda və bölglərdə qarşıdurmalara cəhd etdilər.

2019-cu ilin oktyabrın 19-da AXC və Milli Şuranın təşkil etdikləri icazəsiz aksiyanın ideya müəllifinin isə Ramiz Mehdiyev olduğu üzə çıxıb. Səbəbi də R.Mehdiyevin gözlənilən vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq olub. Lakin 4 gün sonra o, yola salındı və bununla da arzular sabun köpüyünə çevrildi.

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdığı kimi, ölkə daxilində yeni siyasi mənzərə formaşdırdı. Həyatımızın bütün sahələrində aparılan və müsbət nəticələr verən islahatların davamı olaraq siyasi arenada köklü dəyişikliklər həyata keçirildi və bununla bağlı hüquqi baza yaradıldı.
 

İctimai çağırışlara və istəklərə uyğun aparılan bu kimi hüquqi baza cəmiyyət tərəfindən müsbət qarşılandı. Artıq cəmiyyət və sadə insanlar da siyasətdə inkarı, radikal qüvvələrə heç bir dəstək vermir. Hətta cəmiyyət Müsavat və AXCP kimi radikal qüvvələrin davranışlarından qorxur. Onların keçmiş yarıtmaz fəaliyyətləri də unudulmayıb.


Bundan başqa, bəzi qonşu ölkələrdə də dağıdıcı partiyaların fəaliyyətinin dayandırılması üçün hüquqi müstəvidə addımlar atılmağa başlanılıb. Məsələn, Gürcüstan artıq M.Saakaşvilinin partiyası ilə bağlı bu siyasətə başlayıb. Eyni zamanda, Gürcüstanda "xarici agentlər haqqında" qanun qəbul etməklə siyasi partiyaların və siyasiləşmiş QHT-lərin, media orqanlarının xaricdən maliyyələşməsinin qarşısı alınıb.

Qonşu Türkiyə, Gürcüstan kimi ölkələrin təhdidlərə qarşı atdıqları qətiyyətli addımları Azərbaycan da atmalı, lazım gələrsə xaricdən maliyyələşən və xarici qüvvələrin əlində alətə çevrilən AXCP, Müsavat kimi partiyaları birdəfəlik siyasi səhnədən silinməkdən, eyni zamanda siyasiləşmiş QHT-lərin, saytların fəaliyyətlərinin dayandırılması üçün hüququ tədbirlər görülməlidir. Hesab edirəm ki, bu, yalnız cəmiyyətdə müsbət qarşılanar və alqışlara səbəb olar. (Sia.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış bloqer qəza etdi - Maşın kanala aşdı - VİDEO

Tanınmış bloqer qəza etdi - Maşın kanala aşdı - VİDEO

Azərbaycan və Böyük Britaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Böyük Britaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Pedro karyerasının sonuna YAXINLAŞIR

Pedro karyerasının sonuna YAXINLAŞIR

"Şadlıq evindən deyiblər ki, Eldəniz bizim məkana uyğun deyil" - VİDEO

"Şadlıq evindən deyiblər ki, Eldəniz bizim məkana uyğun deyil" - VİDEO

İstanbulda partlayış oldu - VİDEO

İstanbulda partlayış oldu - VİDEO

Rusiyada aeroport BAĞLANDI

Rusiyada aeroport BAĞLANDI

Röya Ayxan konsertdə KÖVRƏLDİ: “Təki salamat olsun, ölüm-itim olmasın” - VİDEO

Röya Ayxan konsertdə KÖVRƏLDİ: “Təki salamat olsun, ölüm-itim olmasın” - VİDEO

“Real”da ayın futbolçusu o seçildi

“Real”da ayın futbolçusu o seçildi

Estoniyanın hava məkanını ilk dəfə olaraq Türkiyə Hərbi Hava Qüvvələri qoruyacaq

Estoniyanın hava məkanını ilk dəfə olaraq Türkiyə Hərbi Hava Qüvvələri qoruyacaq

LEOBANK istifadəçiləri çətinliklə üzləşdi – Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb - FOTO

LEOBANK istifadəçiləri çətinliklə üzləşdi – Köçürmələr və ödənişlərdə nasazlıq yaranıb - FOTO

"12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb - VİDEO

"12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb - VİDEO

“Araz Naxçıvan”ın futbolçusu milliyə DƏVƏT ALDI

“Araz Naxçıvan”ın futbolçusu milliyə DƏVƏT ALDI

Macarıstan benzin çatışmazlığı TƏHLÜKƏSİ ilə üz-üzə

Macarıstan benzin çatışmazlığı TƏHLÜKƏSİ ilə üz-üzə

Aysel Teymurzadə Polad Bülbüloğlu ilə bağlı paylaşım etdi - FOTO

Aysel Teymurzadə Polad Bülbüloğlu ilə bağlı paylaşım etdi - FOTO

Qidalanmada yol verilən ƏSAS SƏHVLƏR: Xərçəng riskini artırır

Qidalanmada yol verilən ƏSAS SƏHVLƏR: Xərçəng riskini artırır

Azərbaycanlı hakim “Napoli”-“Ayntraxt” oyununu İDARƏ EDƏCƏK

Azərbaycanlı hakim “Napoli”-“Ayntraxt” oyununu İDARƏ EDƏCƏK

"Hüriyyət" qəzetinin baş redaktoru HƏBS EDİLDİ

"Hüriyyət" qəzetinin baş redaktoru HƏBS EDİLDİ

Leyla Əliyeva “Püstə: canlı irs”in TƏQDİMATINDA - FOTO

Leyla Əliyeva “Püstə: canlı irs”in TƏQDİMATINDA - FOTO

Məlik Dadaşov Zauru imtahandan kəsib

Məlik Dadaşov Zauru imtahandan kəsib

Əraqçi Trampı “nüvə xuliqanı” ADLANDIRDI

Əraqçi Trampı “nüvə xuliqanı” ADLANDIRDI

Türkiyə klubunda baş məşqçi İSTEFASI

Türkiyə klubunda baş məşqçi İSTEFASI

5 illik ZƏFƏR SALNAMƏSİ - Milli qüdrətin və tarixi ədalətin təntənəsi, suverenliyin bərpası, qürur dolu beş il…

5 illik ZƏFƏR SALNAMƏSİ - Milli qüdrətin və tarixi ədalətin təntənəsi, suverenliyin bərpası, qürur dolu beş il…

Kiyev Moskvanın İstanbul danışıqlarını davam etdirmək təklifinə CAVAB VERDİ

Kiyev Moskvanın İstanbul danışıqlarını davam etdirmək təklifinə CAVAB VERDİ

Noyabr ayı üçün maqnit qasırğası təqvimi: Kim risk altındadır

Noyabr ayı üçün maqnit qasırğası təqvimi: Kim risk altındadır

End of content

No more pages to load

RADİO