Vəkillər Kollegiyası sədri iki dəfədən çox SEÇİLƏ BİLƏCƏK

Milli Məclis "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna və Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrinə dəyişikliyi qəbul edib.

Bizim.Media xəbər verir ki, layihəyə əsasən, vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesda) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-cı, 92.3.7-сi, 92.3.9 - 92.3.11-ci maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququna malik olacaqlar.

Xatırladaq ki, yuxarıda yazılan maddələrdə (92.3.6) təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda, (92.3.7.) şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə; (92.3.9) übhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə); (92,3,11) təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda ifadələri qeyd edilib.

Qanun layihəsinə görə, vəkilliyə qəbul ola biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir.

Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları müəyyən edilir.
 

İki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyəsət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, bundan başqa vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir.


Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı hallara zidd olmamaq şərti ilə vəkil ola biləcəklər.

Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunacaqlar.

Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı test vermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə edə biləcəklər.

Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya va kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunacaqlar.

Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitam verilənədək dayandırılacaq.

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər (hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikden sonra onların vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola biləcəklər.
 

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki ildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçuları dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların müraciəti olduqda və vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə vəkilliyə buraxılacaqlar.


Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağan ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO