”Azərbacanlıların Xankəndinə silahsız daxil olması düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir”

12 dekabr Ulu öndərin Anım günündə Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir. Əslində silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndinə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır.
 
Əgər Qızılbulaq və Dəmirli yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı. Düşmən bizi səngərdə gözləyirdi. İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən-yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır. Son aksiyaların nəticələri nə oldu?
 
Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqrım və etnik təmizləmə”  adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı. Dünən Azərbaycan Xarici İşlər naziri dövlətimizin Xankəndinə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi.
 
İkincisi, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər antiAzərbaycan təbliğatı keçmədi.  4 gündür Xankəndində qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əmin-amanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1007 km sərhəddin istənilən yerindən gəlib keçə bilərlər.
 
Üçüncüsü, son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı. Azərbacanlıların Xankəndinə silahsız daxil olması cinayət törətəməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli  ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə Qızılbulaq və Dəmirli yataqlarından formalaşır. 
 
Nəhayət, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir. Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcəkdir-Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndində və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür. 
 
Zahid Oruc, millət vəkili
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

Birinci xanımlar Antalya Forumunda - FOTO

Birinci xanımlar Antalya Forumunda - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

“Abşeron Lions” yarımfinalda!

“Abşeron Lions” yarımfinalda!

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

ABŞ həftəsonu İranla MÜQAVİLƏ imzalağa hazırlaşır

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

“Qarabağ” – “Sabah” matçında azarkeş rekordu qeydə alına bilər

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Qubada oğlu məktəbdə söyülən ata belə "qisas" aldı

Diplom hansı halda TANINMIR?

Diplom hansı halda TANINMIR?

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO - VİDEO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO - VİDEO

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

End of content

No more pages to load

RADİO