Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Respublika Şurası sədrinin müavini Vladislav Tatarinoviç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Vladislav Tatarinoviçi Milli Assambleyanın Respublika Şurası sədrinin müavini seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova Belarus nümayəndə heyətinin bu beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirib.

Vladislav Tatarinoviç, Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkili ilə əlaqədar təbriklərini ifadə edib.

O, Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın təbrik məktubunu Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib və salamlarını çatdırıb.
 

Görüşdə ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimada və dostluğa əsaslanaraq uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolu vurğulanıb.


Bildirilib ki, ölkələrimiz və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələr parlamentlərimiz arasında da münasibətlərin inkişafına təkan verir.

Qeyd olunub ki, parlamentlərimiz arasında yüksəksəviyyəli ikitərəfli münasibətlərlə yanaşı, qanunvericilik orqanlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. O cümlədən, Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasına sədrliyi dövründə Belarusun təşkilatda müşahidəçi statusu qazanması məmnunluqla qeyd edilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti təqdir olunub.

Milli Məclisin sədri onun da salamlarını Respublika Şurasının sədrinə və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkoya çatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO