İlham Əliyev BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.
 

Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.


Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı.

Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş etdi.
 

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.


Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.

Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulandı. Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirdi.

Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini dedi.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

Stresdən qurtulmağın 9 QIZIL QAYDASI

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

“Beşiktaş”dan çətin səfər qələbəsi - VİDEO

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

Allahşükür Paşazadə: "Yaxın dostumu itirdim"

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

“Tramp ya müharibəni davam etdirməli, ya da...”

Diabetdən qorunmağın ən sadə YOLU

Diabetdən qorunmağın ən sadə YOLU

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək əsəcək, yağış yağacaq – SABAHIN HAVASI

3 bürc üçün böyük pullar gələcək

3 bürc üçün böyük pullar gələcək

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Hansı içki kişiləri prostat xərçəngindən qoruyur?

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

Avropa Liqasında 1/4 finalçılar bəlli oldu

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Xətaidə kanalizasiya çökdü, evləri su basdı - VİDEO

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

Oruc tutanların DİQQƏTİNƏ – Bayramdan sonra bunları etməyin!

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Şahbaz Şərif arasında TELEFON DANIŞIĞI

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

“Kəpəz” “Qarabağ”a, “Neftçi” “İmişli”yə qarşı

Nüvə silahı işə düşsə nə baş verər?

Nüvə silahı işə düşsə nə baş verər?

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

Çinlilər oyanandan sonra bunu edirlər - Sağlam qalmaq üçün

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Əsl möcüzə yaşayacaq bürclər

Əsl möcüzə yaşayacaq bürclər

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

Rasim Balayevdən xəbər var: Bakıya qayıdış tarixi açıqlandı

End of content

No more pages to load

RADİO