İlham Əliyev rahat və inamla danışırdı - "Kommersant" qəzeti - FOTO

Dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı Rusiya KİV-lərinin diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, bu ölkənin aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin “Kreml pulu” deyilən jurnalistlər qrupuna daxil olan müxbiri Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində Azərbaycan Prezidentinin çıxışını qələbə nitqi kimi qiymətləndirib.

Jurnalist yazır ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə təşkil olunmuş tədbirdə Azərbaycan Prezidenti ilk çıxışçı idi. Onun bir saat davam edən, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.

Jurnalist yazır ki, MDB üzrə həmkarları Prezident İlham Əliyevi müəyyən gərginliklə dinləyirdilər. Azərbaycan Prezidenti onlara Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə, yeni heç bir töhfə verməyə qadir olmadığını xatırladıb.

Kolesnikov “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini xüsusi diqqətə çatdıraraq yazır:

“İlham Əliyev rahat və inamla danışırdı. Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi. Qarşımızda Azərbaycan xalqının liderini görürdük. Tarix boyu bu xalqın hələ belə lideri olmamışdı və xalq özü də indi buna əmindir”.

Yazıda “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözləri də sitat gətirilir. Onun fikrincə, Azərbaycan Prezidenti bu sözləri üçtərəfli müqavilənin sonadək yerinə yetirilməsinə nail olmaq üçün deyib.

Sonda A.Kolesnikov yazır: “İlham Əliyev “biz, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik” sözləri ilə öz benefisini başa çatdırdı. Qəribə idi ki, alqış səsləri eşidilmirdi. Sammitdə bundan sonra baş verənlər isə artıq heç bir əhəmiyyət kəsb etmirdi” 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

End of content

No more pages to load

RADİO