Ceyhun Bayramov: "Belçika parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzlidir"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işçi səfəri çərçivəsində Belçika Krallığının baş nazirinin müavini - Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Bizm.Media-ya  verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin artıq fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizi konsorsiumunda, o cümlədən Belçika şirkətinin də təmsil olunması qeyd olunub.

Tərəflər həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər. C.Bayramov Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən müharibəsi barədə qarşı tərəfə məlumat verib.

Bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədyönlü şəkildə hədəfə alınması, həmçinin Ermənistan tərəfindən xarici ölkələrdəki döyüşçülərin, muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması və bu məlumatların artıq aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı məsələlər Belçika nazirinin diqqətinə çatdırılıb.

C.Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanat, onun icra edilməsi haqqında qarşı tərəfə məlumat verib. Eyni zamanda münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən C.Bayramov yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.

Görüş zamanı bəzi Avropa ölkələrinin parlamentləri tərəfindən Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul edilməsi məsələsinə toxunan C.Bayramov o cümlədən Belçika parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb.

O, Belçika hökumətinin izahatı nəticəsində qəbul olunmuş bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.

S.Vilmes, öz növbəsində, ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib. O, Belçikanın ikitərəfli münasibətlərin inkişafında hər zaman beynəlxalq hüquq normalarından çıxış etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması prosesinə diqqəti cəlb edən xanım Sofi Vilmes bu prosesdə Belçikanın da məmnunluqla iştirak edə biləcəyini söyləyib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

End of content

No more pages to load

RADİO