Yunanıstan Türkiyə ilə savaşa hazırlaşır?

Avropa və Rusiya KİV-də zaman-zaman bu məzmunda informasiyalar yayılır. 
Bu ilin iyun ayında da oxşar məlumatlar Afinadan anons edilmişdi.

Jurnalistlər Yunanıstan milli televiziyasının efirində müdafiə naziri Nikos Panayotopulosdan onun dediyi “Yunanıstan Türkiyə ilə olan siyasi münaqişənin hərbi yolla həllinə hazırdır” fikrinin ciddiliyi haqqında soruşanda, nazir ciddi olduqlarını təsdiqləmişdi. 

Jurnalistlər bir az da irəli gedərək, “Bu fikirləri baş nazirin milli təhlükəsizlik üzrə məsləhətçisi Aleksandros Diakopulosun (ehtiyatda olan vitse-admiral) bir neçə gün əvvəl söylədiyi sözlərin təsdiqi kimi qəbul etmək olarmı?” sualını veriblər.

Müdafiə naziri “Bəli” cavabını verib.  

Ancaq onda Avropa Birliyi və NATO yunanları yerinə oturtdu və real addımlar atılmadı.  
Dekabr ayında isə ekspertlər və jurnalistlər konkret faktlardan danışırlar. Yunanıstan hərbi xərclərini 2021-ci ildə kəskin artırır. “Anadolu” Agentliyinin yaydığı informasiyaya görə, Yunanıstan parlamenti 2021-ci il üçün 5,49 milyard avro məbləğində hərbi büdcəni təsdiqləyib. 2020-ci il üçün bu rəqəm 3,97 milyard avro olub. Bundan başqa, Afina 2020-ci ildə hərbi büdcədən silah almağa 540 milyon 692 min avro xərcləyibsə, gələn ildə bu rəqəm 2,5 milyard avro olmalıdır! Bu, son 11 ildə ən yüksək xərcdir!

Yunanıstan iqtisadiyyatının 2020-ci ildə 10,5% daralması fonunda bu qədər xərc artımı nəyə lazımdır? Yunan KİV-in informasiyasına görə, yeni xərclər Fransadan 18 ədəd Rafale qırıcı təyyarələrinin alınması üçün nəzərdə tutulub.

Ekspertlər zarafatyana bunu Ermənistanla yanaşı, Yunanıstana da “Fransa makaronu”nun sırınması adlandırırlar. 

“Habertürk.com”un məlumatında o da vurğulanır ki, gələcək 10 il üçün Yunanıstan 10 milyard avronu silahlanmaya nəzərdə tutub. Bu plana Amerikadan əlavə F-16-ların alınması da daxildir. Yeri gəlmişkən – rəsmi Vaşinqton üçün Yunanıstanın S-300-ü Rusiyadan alması nədənsə F-16-ların bu dövlətə satışına mane olmur. Üstəlik, Amerika başqa yeni silahları yunanlara satmaqla bağlı qərar alıb. Ümumiyyətlə, Qərbdə heç bir dövlət Afinadan bu cür sürətli silahlanmanın səbəbini soruşmur. Əksinə, hamısı tutuquşu kimi təkrar edir: “Biz yunanlarla həmrəyik!”
Ermənistanla da həmrəy idilər və indi də həmrəydilər. Nə oldu?...

Yunanıstan KİV-də isə ab-hava hələ də aqressivdir.  Ekathimerini.com nəşri təntənə ilə “Rafale”lərin alınmasına sayılı günlər qaldı yazır. 

Bu bağlılıqda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Fransanın Suriyada Türkiyənin fəaliyyətinə mövqeyini dəyişəcəyi halda onunla münasibətlərin normallaşa biləcəyi barədə həmin nəşrin yaydığı xəbər də ekspertlər tərəfindən maraqla qarşılanıb.
Ayrıca, “Reuters” sanksiyaların Türkiyənin mövqeyinə heç bir təsir göstərməyəcəyi haqqında Kanal 24-də söylədiyi fikirlərə yer verib. 

Tom Ellis adlı jurnalist yenə “ekathimerini.com”da dərc etdirdiyi məqalədə vurğulayır ki, Yunanıstanın AB-dən gözləntiləri ilə reallıq arasında bir uyğunsuzluq mövcuddur. Bu səbəbdən rəsmi Afina cəmiyyəti reallığa hazırlamalıdır. T.Ellis də yunan kimi Türkiyəni ittiham edir və Avropanın lazımi səviyyədə Yunanıstanı dəstəkləmədiyini qeyd edir. 

Bu informasiyaların məntiqi onu göstərir ki, Yunanıstan Türkiyə ilə savaşa hazırlaşır. Bunun üçün silahlanır, qərbdən hüquqi, siyasi, ideoloji və hərbi dəstək umur. 

Birinci dəfə deyil. Yunanıstanın əhalisinin sayı 11 milyon civarındadır. Azərbaycanda 10 milyondur. Yunanıstanın hərbi xərcləri Azərbaycandan bir qədər artıqdır. 2021-ci il üçün Azərbaycan hərbi xərcləri 6% faiz azaltmağı planlaşdırır. Bu il Azərbaycanın hərbi xərcləri 3 milyard ABŞ dollarına yaxın olub.

Türkiyəyə gəldikdə... ”Habertürk”ün informasiyasında deyilir ki, 2020-ci ildə Ankara hərbi xərclərini 2019-cu ilə nisbətən 5 milyard dollar artırıb və bütövlükdə xərc 23,9 milyard dollar təşkil edib. Yəni Türkiyənin bu il xərclədiyi Yunanıstanın gələn il xərcləyəcəyindən 5 dəfə çoxdur!

“Turkish Minute” yazır ki, 2021-ci ildə Türkiyənin hərbi xərcləri 2020-ci ilə nisbətən 15,7% artmalıdır (138 milyard lirə).

“Global Firepower” reytinqində Türkiyə ordusu dünyada 11-ci yerdə Yunanıstan isə 33 yerdə göstərilib. Yəni yunan ordusunun güc əmsalı Türkiyə ordusundan təqribən 2,5 dəfə azdır! “Top-Reyting.ru” portalında verilmiş müxtəlif qiymətləndirmə reytinginə görə isə Türkiyə ordusu 8 və ya 9 və ya 10-cu yerlərdə göstəririlir. Yunanıstan isə 25-30 arası yerlərdə olur!

Yəqin Yunanıstan kiminlə savaşmaq istədiyinin fərqinə varacaq. Kənardan olan təhriklərlə türklərlə savaşmağın praktikası genişdir. Bu yaxınlarda Ermənistan da Azərbacanla münasibətdə belə bir aqressivliyə uydu. Sonu məlumdur!

“Türklərin dünya ilə savaşması çətindir. Dünyanın türklərlə savaşması isə çox çətindir”!   

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

End of content

No more pages to load

RADİO