POLİTOLOQ: “İran yenə suyu bulandırır”

44 günlük savaş İranı Qafqazdan çıxartdı. Bu ölkə tək Ermənistanın hesabına Cənubi Qafqazda nüfuzunu qorumaqdadır. İndi çətin duruma düşən İran və Ermənistan regionda sağlam məntiqə söykənən layihələrə maksimum mane olmağa çalışırlar. Bunun da arxasında maraqlı ölkələr öz siyasətini yeridir.

Politoloq Əziz Əlibəyli Bizim.Media-ya son günlər yaranan İran böhranı haqda danışarkən belə deyib.

Ermənistanın “news.am” saytı yazır ki, Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirəşrəfi ilə görüşüb. Görüşün əsas mövzusu isə, Meğri gömrük məntəqəsinin modernləşdirilməsi olub. Bu istiqamətdəki İran-Ermənistan əməkdaşlığı müxtəlif suallar yaradır. Çünki Laçın dəhlizinə paralel Azərbaycan və Naxçıvanın quru sərhədlərini birləşdirəcək Meğri dəhlizi də olmalıdır.



Politoloq Əziz Əlibəyli bildirdi ki, Meğri gömrük postunun yeniləməsi Tehran və İrəvan arasında 3 il bundan əvvəl razılaşdırılmış məsələdir: 

“Amma çox maraqlı məqam nədən ibarətdir, bunun indiki dönəmə təsadüf etməsinin əsas səbəbi 10 noyabr razılaşmasından sonra bölgədə yaranan yeni geostrateji mənzərədir. İran yenidən suları bulandırmağa çalışır”.

Politoloqun sözlərinə görə, 44 günlük savaş dövründə İranın davranışları qaneedici olmadı. 

“Müharibənin sonunda isə, ortaya maraqlı mənzərə çıxdı. Savaşı uduzan tərəf Ermənistan, Qafqazdan çıxarılan tərəf İran idi. Zəfər qazanan Azərbaycan, Qafqaza daxil olan tərəf Türkiyə, Qafqazda əlini gücləndirən tərəf isə Rusiya oldu. Bununla da 10 noyabr razılaşmasından sonra ortaya çıxan Laçın dəhlizi və Meğri koridoru, Zəngəzur yolunun açılması həm də Türkiyənin türk dünyasına çıxmasını şərtləndirdi''.



''Bu baxımdan elə 10 dekabrda Bakıda keçirilən paradda da Türkiyə rəhbərinin səsləndirdiyi fikirlər İranda böyük əks-səda doğurdu. Tehranın bayatıya verdiyi reaksiya 44 günlük savaş ərzində onlarda formalaşan mənfi enerjinin ifadəsidir. Buna görə də, İran bir sıra pozucu addımlar atmaq qərarına gəlib”

Zəngəzur yolunun uzun zamandır ölü zona olan ərazini nəqliyyat dəhlizinə çevirəcəyi də İranın xoşuna gəlmədi deyən Əziz Əlibəyli qeyd etdi ki, buna görə də İran Meğri dəhlizinə hansısa alternativlər hazırlamağa çalışır. 

“Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi milyardlarla ölçülür, burada nəqliyyat dəhlizi ilə paralel, həm də neft-qaz kəmərlərinin də keçməsi planlaşdırılır. Yaxşı tərəfi ondan ibarətdir ki, 2-3 gün əvvəl Paşinyan da əməkdaşlığın mümkünlüyü barədə danışıb. Əslində bu əməkdaşlıq Ermənistanın da xilası ola bilər. Çünki türkəfobiya onları bu məsələdə inkişafdan kənarda qoyur”. 

İranın da bu əməkdaşlığa ehtiyac duyduğunu bildirən politoloq əlavə edib ki, “Amma görünən odur ki, bizim təklifimizə qoşulmaq istəmirlər. Çünki Türkiyə qısqanclıqları var. Meğri dəhlizinə perpendikulyar şəkildə İran və Ermənistanın hansısa yol inşa etməsi də bundan qaynaqlanır”.
Əziz Əlibəyli təxminən 2 milyon əhalisi olan Ermənistanın demoqrafik problemlərindən də danışıb. Həqiqətən də 30 il əvvəl 3 milyonu keçmiş əhali indi azalıb. O ki qaldı gələcək proqnozlara...

“2050-ci ilin proqnozları var, bununla bağlı bəzi erməni siyasətçi və müvafiq qurumlarının açıqlamaları da olub''.

''
Belə ki, 2050-ci ildə Ermənistan əhalisinin sayı 1 milyon civarında ola bilər. Bununla yanaşı hazırda İrəvanın ən elit küçələri, ticarət mərkəzləri və başqa komplekslər Azərbaycan əsilli İran vətəndaşlarının əlində cəmləşməkdədir. Rəqəmlərə baxsaq, görərik ki, Ermənistandakı İran vətəndaşlarının sayı katostrofik həddə çoxalır. Buna paralel isə, ermənilərin ölkədən köçü yaşanmaqdadır”

İran-Ermənistan əməkdaşlığı həm də əhali sayının balansına hesablanıb deyən Əziz Əlibəyli İrəvanın əsas tərəfdaşının İran olacağını qeyd edib. Əlavə edib ki, Azərbaycan və Türkiyəyə Ermənistan üzərindən sərbəst qərar imkanı da yaratmayacaqlar. “Bunun isə, başında Rusiya, indiki Ermənistan hakimiyyətini formalaşdıran qərb və İran gəlir. Gələcəkdə maddi-texniki təminat, dəstək üçün İrəvanın zəncirini İranın əlinə verəcəklər”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO