Çin regionumuzda nəyin izinə düşüb? – Tofiq Abbasovdan DETALLAR

 “Çin Avrasiya məkanında qlobal layihələrin həyata keçirilməsinin tərəfdarıdır. Çünki, Çin artıq dünyanın 1-ci iqtisadiyyatına çevrilməkdədir. Onların istehsal qüvvələri, iqtisadi və quruculuq potensialı böyük sürətlə inkişaf edir. Bu səbəbdən Çinin regionumuza böyük diqqəti var”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Çin və ABŞ nefti ucuzlaşdırmaq üçün birləşdi


Belə ki, İran və Türkiyə xarici işlər nazirlərinin Çinə gözlənilən səfəri ilə bağlı fikirlərini bölüşən politoloq, Pekinin bölgəmizə olan marağını bu cür izah edib:

“İlk növbədə, Pekinin ABŞ və Hindistanla çoxsaylı iqtisadi rəqabət paradiqmaları var. Bu baxımdan, Çin Avropa istiqamətində öz malları üçün maneəsiz dəhlizlər açmaqda maraqlıdır. Çinin “Bir kəmər, bir yol” layihəsi də məhz bu məqsədə yönələn layihədir. Pekin bu proyektdə qoşulan hər bir ölkəyə kreditlər verməyə, eyni zamanda əməli dəstək göstərməyə hazır olduğunu bildirir.

İndi Çin anlayır ki, Türkiyə, İran, Azərbaycan Pekin üçün əhəmiyyətə malikdir. Xüsusilə də, Bakı-Tiflis-Ceyhan və digər regional dəhlizlər Çin üçün böyük imkanlar yaradır. Bu səbəbdən də, adıçəkilən ölkələrin Çinlə ortaq planları var”.

Bundan əlavə, Tofiq Abbasov Çin-İran, Çin-Türkiyə əlaqələrinin spesifik xüsusiyyətlərini da ayrı-ayrılıqda şərh edib: 

“Çinlə İran arasında yaxınlaşmanın strateji səbəbləri var. Belə ki, İrana qarşı ABŞ-ın güclənən sanksiya siyasəti var. Və eyni zamanda Tehran nüvə silahı əldə etmək məqsədindən elə də uzaq deyil. Hətta bəzi mənbələr İranın artıq nüvə silahını əldə etdiyini də qeyd edirlər. Sadəcə olaraq, Tehran özünəməxsus istixarə edir ki, görsün əsas qüvvələr ona qarşı hansı münasibətdə olacaqlar. Bu səbəblərdən, İranın Çinlə xüsusi əlaqələri var.  Türkiyənin də Çinlə birgə böyük planları var. Belə ki, Pekin Şərq-Qərb dəmir yolu layihəsi ilə bağlı artıq öz təkliflərini verib və investisiya ayırmağa da hazırdır”. 

Politoloqun qənaətinə görə, adı çəkilən ölkələr Avrasiyada yeni düzənin formalaşdırılmasında birgə çıxış edə bilərlər. Müsahibimizin fikrincə, Rusiya faktorunu buradan çıxdaş etmək olmaz:

“Bu ölkələr Avrasiya məkanında yeni konfiqurasiyanın qurulmasını öz üzərilərinə götürürlər. Təbii ki, burada Rusiya da məsələlərə biganə deyil. Çünki Moskvanın da öz planları var. Pekin də çalışır ki, öz yüklərinin müəyyən hissəsini də Rusiya vasitəsilə Avropaya ixrac etsin. 

Lakin Azərbaycandan da keçən cənub marşrutu üzrə yüklərin daşınmasında Çin daha maraqlıdır. Çünki bu arealda yerli qüvvələr də fəal mövqedədirlər.


Rusiya, Qazaxıstan böyük ərazilərə malik olsa, da əhali xeyli azdır və məskunlaşma olmayan bölgələr çoxdur. Həmin regionda infrastrukturun sıfırdan inşası daha çətindir. Ancaq bizdə bu sarıdan vəziyyət xeyli əlverişlidir. Bu səbəbdən də Çin çalışır ki, regional müttəfiqləri ilə əlaqələrini sıxlaşdırsın və gələcəklə bağlı özü üçün aydın mənzərə çizsin”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ermənistanda xərçəngdən ölüm artır

Ermənistanda xərçəngdən ölüm artır

Bakıda tükürpədici OLAY – Ana övladını illərlə zəncirləyib DÖYÜRMÜŞ

Bakıda tükürpədici OLAY – Ana övladını illərlə zəncirləyib DÖYÜRMÜŞ

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?

Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?

İsti yay günlərində dəriyə necə qulluq etməli?

İsti yay günlərində dəriyə necə qulluq etməli?

Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Universitetin gənc əməkdaşı vəfat etdi

Universitetin gənc əməkdaşı vəfat etdi

Bu halda iş mütləq dayandırılmalıdır — Nazirlikdən XƏBƏRDARLIQ

Bu halda iş mütləq dayandırılmalıdır — Nazirlikdən XƏBƏRDARLIQ

ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

End of content

No more pages to load

RADİO