Səfir “Human Rights Watch”ın xəbərinə münasibət bildirdi

16 dekabrda məşhur FOX News kanalının radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə baş tutub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, müsahibədə səfir Ermənistanın təxribatına qarşı Azərbaycanın uğurlu əks-hücumundan bəhs edib, Ermənistan tərəfindən 30 ilə yaxındır işğal olunmuş ərazilərini geri qaytardığını bildirib.

O qeyd edib ki, əməliyyat Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verib və Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.

O, ərazilərin işğaldan azad edilməsi ilə həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin Azərbaycan tərəfindən yerinə yetirildiyini diqqətə çatdırıb.

Səfir hazırda Ermənistanın işğalı nəticəsində tamamilə dağıdılmış həmin ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin geri qaytarılması istiqamətində işlər aparıldığını qeyd edib.

E. Süleymanov Azərbaycanla Ermənistan arasında iqtisadi və sosial əməkdaşlığın qurulması, ümumilikdə regionun dirçəlməsinə ümid etdiyini bildirib: “Belə ki, ölkələrimizin tərəfdaşları, o cümlədən Qərb dövlətləri əsas diqqəti regionda xalqlarımızın sülh və əmin-amanlıq münasibətlərinin yaradılmasına və davamlı sülh istiqamətində səylərə dəstək verilməsinə yönəltməlidir. Ekstremist ideologiyalar, irqçi, separatçı, dindən sui-istifadə edən fikirlərin regionumuzun inkişafına heç bir faydası olmayacaq”.

Jurnalistin ermənilərin mədəni kökləri və Azərbaycan ərazisində onların mövcudluğu ilə bağlı sualına cavab olaraq səfir bildirib ki, çoxmillətli dövlət olan Azərbaycanda müxtəlif xalqların nümayəndələri, hər zaman öz mədəni azadlıqlarından sərbəst şəkildə istifadə ediblər: “Ölkəmiz və cəmiyyətimiz öz müxtəlifliyi və tolerantlığı ilə fəxr edir”.

Səfir jurnalistin “Human Rights Watch” beynəlxalq təşkilatının münaqişə ilə bağlı dərc etdiyi xəbərlərə münasibət bildirib.

Azərbaycan hərbi qüvvələrinin Şuşa şəhərində ermənilərə məxsus kilsəni atəşə tutması ilə bağlı iddiaya cavab verən səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan ordusu heç bir zaman kilsələri hədəf almayıb.

Kilsənin təsadüf və ya kənarda baş verən partlayış nəticəsində zədələnə bilmək ehtimalını qeyd edən səfir, burada heç bir insan tələfatının olmadığını diqqətə çatdırıb. Əksinə elə həmin təşkilat tərəfindən də işıqlandırıldığı kimi, Ermənistanın Azərbaycanın mülki şəxslər yaşayan ərazilərinə hücumu zamanı kasetli hərbi sursatlardan istifadə etməsi və onlarla günahsız insanın həlak olmasına diqqət çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO