“Türk dünyasının ortaq dili Türkiyə türkcəsi olmalıdır” – Nizami Cəfərov

“Türk Dövlətləri Təşkilatı (TDT) olaraq Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və müşahidəçi üzv Macarıstanla ortaq dil, ünsiyyət yaratmaq üçün işləməyə davam edirik və davam edəcəyik”.

Bu sözləri Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Qazaxıstandakı etirazlardan danışarkən deyib.

Bəs, bütün türkdilli respublikaların eyni dildə ünsiyyət qurması hansı formada reallaşdırıla bilər?

Ortaq türkçənin yaradılması ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filoloq, millət vəkili Nizami Cəfərovun fikrincə, Türkiyə türkcəsinin ortaq ünsiyyət dili kimi əsas götürülməsi ən real variantdır:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan ərazi bütövlüyümüzün bərpası günü ilə bağlı TƏKLİF


“Bu məsələ ilə bağlı fikirlər müxtəlifdir. Lakin bir ideya son zamanlar daha çox diqqət çəkir və praktikada özünü doğrultmağa başlayır. Sözügedən ideyaya görə, ortaq süni dilin yaradılmasına ehtiyac yoxdur. Çünki belə bir dil heç vaxt normal fəaliyyət göstərə bilməz. Buna görədə ortaq dil kimi, Türkiyə türkcəsi istifadə olunmağa başlanılıb. Bu işlənmə prosesi də o deməkdir ki, ortaq dil olaraq sadəcə Türkiyə türkcəsi olmayacaq, başqa türk dillərinin təsiri ilə daha zəngin və bütün türk dillərinin ruhunu ifadə edə biləcək bir türkcə yaranmağa başlayıb”.

Nizami Cəfərovun fikrincə, ortaq dil dedikdə inkişaf edən və bütün türk xalqlarının dillərini özündə daşıyan yeni forma başa düşülməlidir. Dilçi alim, türk dünyasında uzun müddət davam edən ayrılığın dillər üzərində təsirlərini də diqqətə çatdırıb:

“Anadolu türkcəsi uzun müddət türk dünyasından təcrid olunmuşdu. İndi isə türk dünyasına xeyli yaxınlaşıb və buradan enerji almaq imkanları əldə edib. Bu imkanlar getdikcə genişlənir. Eyni zamanda biz Türk dili günü ilə bağlı BMT-də müzakirələr gedir. Yəqin ki, bununla bağlı da yaxın zamanda qərar olacaq. Çünki bu məsələ istər türk dünyasında, istərsə də beynəlxalq aləmdə müzakirə predmetinə çevrilib”. 

Millət vəkili məsələnin diqqətə saxlanılmasının önəminə də toxunub:

“Bu məsələnin üzərində durmaq lazımdır. Türk dünyasının ağsaqqalı kimi Binəli Yıldırımın da bu təşəbbüsə rəhbərlik etməsi mütərəqqi hadisədir. Tək türk dünyası üçün yox, bütün dünya üçün maraqlı olaydır. Çünki türk dünyası bu dünyaya bölünmüş şəkildə daxil ola bilməz. Türk dünyası beynəlxalq aləmə vahid şəkildə inteqrasiya etməlidir ki, dünyanın özündə də harmoniya olsun”.

Filoloq ortaq türkcənin hazırlanmasında hansı detalların nəzərə alınmalı olduğu ilə bağlı da fikirlərini bölüşüb:
 

“Türkiyə türkçəsi vahid dil kimi türk dünyasında istifadə edilməlidir. Azərbaycanda türk dilinin öyrənilməsi üçün xüsusi zəhmət çəkməyə ehtiyac yoxdur. Lakin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Yakutiya, Saxa, Çuvaşıstan kimi türk respublikalarında, gərək ki, Türkiyə türkcəsi öyrədilsin.


Bu həmçinin, həmin respublikalarda Latın qrafikasına keçidi də gücləndirəcək. Türkiyə türkcəsində mürəkkəb cümlə sistemi inkişaf etməyib. O cəhətdən, türk dünyasında ən mükkəməl dillərdən biri azərbaycancadır. Yəni, Azərbaycan dilinin mürrəkkəb cümlə sistemi Türkiyə türkcəsində qəbul olunmalıdır. Bunun üçün də, kontaktlar olmalıdır. Proses isə tədricən baş verməlidir. Yəni, heç kim səs-küy salmamalıdır ki, biz ortaq türk dili yardırıq. Biz deməliyik ki, ortaq Türk dili mövcuddur və bu Türkiyə türkcəsidir. Və Türkiyə türkcəsi də tədricən bütün türklərin istifadə edə biləcəyi ortaq ünsiyyət vasitəsinə çevrilir. 

Yəni, yakutla azərbaycanlılın, ingilis, rus və ya türk dilində danışması mümkündür. Bu şəkildə türk dili inkişaf edib, türklər arasında beynəlxalq dil olacaq.

Amma bu o demək deyil ki, biz bu dildən istifadə etdikcə, Azərbaycan, Yakut, Çuvaş, Özbək dili zəifləyəcək. Yəni Türkiyə türkcəsinin ortaq dil olaraq təkmilləşməsi ayrı-ayrı dillərin hesabına olmamalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

End of content

No more pages to load

RADİO