Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar endirildi

Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Karantin məhdudiyyətlərini nəzərə alaraq, Qazaxıstan səfirliyində [email protected] elektron poçt ünvanında onlayn başsağlığı kitabı da açılıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb.

Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
 

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.


Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.
 

Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.


Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir. Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

End of content

No more pages to load

RADİO