Bəylikdən İMPERİYAYA: Cənubi Qafqaz, Anadolu, İran, İraq, Suriyaya nəzarət və Məkkə-Mədinə İDDİASI - UZUN HƏSƏN

Uzun Həsən Azərbaycan Ağqoyunlu imperiyasının banisi – böyük dövlət xadimidir. 1423-cü ildə Diyarbəkirdə doğulan tarixi şəxsiyyətimiz 1478-ci il yanvarın 6-da Təbrizdə vəfat edib.

Bizim.Media xəbər verir ki, Uzun Həsənin qurduğu imperiya Türkiyənin bir hissəsi, İraq, İran və Suriyanı əhatə edib.

XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qara­hisardan Siirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında idi.

1468-ci ildə Azərbaycan Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Ağqoyunlu dövləti yarandı. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, Şərqi Anadolu, Diyarbəkir, Əcəm İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi.

Zamanla Uzun Həsən Xorasandan Sivasa qədər uzanan daha geniş bir imperatorluğun sahibi oldu. Bundan sonra mənbələrdə bu böyük hökmdar “Sultanül – adil Həsən xan”, “Sultanül – Qalib Həsən Padşah” adları ilə qeyd olun­mağa başladı.
Uzun Həsənin yaratmış olduğu Azərbaycan Ağqoyunlu dövləti bölgənin ən böyük güclərindən birinə çevrildi və nəticədə regionun digər iki böyük dövləti olan Osmanlılar və Məmlüklərlə növbəti münaqişələr yarandı. Aralıq dənizinə açılan dəhlizə görə, Uzun Həsən Məmlük valilərini və vassallarını təhdid etməyə başladı. Digər tərəfdən, Uzun Həsənin islamın müqəddəs yerləri olan Məkkə və Mədinə şəhərləri üzərində hakimiyyətə iddialı olduğunu bəyan etməsi Məmlüklərlə münasibətlərdə yeni anlaşılmazlığa yol açdı.

Ağqoyunlu hökmdarı bu addımı ilə islam dünyasının ən böyük güclərindən biri olduğunu elan etmiş oldu.

XV əsrin 70-ci illərin əvvəllərində «Qaraman böhranı» Ağqoyunlu və Osmanlı dövlətləri arasındakı münasibətləri gərginləşdirərək müharibə vəziyyətinə çatdırdı.
Ağqoyunlu sultanının Osmanlılara qarşı hərbi əməliyyata başlamağa qərar verməsində Qərbi Avropa xristian dövlətlərinin rolu az olmayıb. 

Topqapı Sarayında saxlanılan bir məktubun müəllifi 9 bənddə Uzun Həsəni Teymurla müqayisə edir və Ağqoyunlu hökmdarının Teymurdan da üstün olduğunu göstərir. 

Uzun Həsən Avropa mənbələrində də Əmir Teymura bənzədilir, bəzən isə ikinci Teymur adlandırılır.

Ağqoyunlu hərbi qüvvələri 1472-ci ilin yayında Qaramanı ələ keçirib Aralıq dənizi sahilinə çıxdılar. Lakin Venesiya vəd etdiyi odlu silahları və artilleriya mütəxəssislərini vaxtında göndərmədi.
Əksinə, Ağqoyunlu – Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli – separat danışıqlara girib, müttəfiqinin qələbələrindən istifadə edərək, Osmanlı sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı. Bununla da, əslində, Ağqoyunlu dövlətinin məğlub olmasına şərait yaratdı.

Nəticədə Osmanlı sultanı özünün bütün hərbi qüvvələrini Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı.

- Uzun Həsən açıq şəkildə türklərin hökmdarı olduğunu söyləyirdi. O, hətta II Mehmedə göndərdiyi məktubunda “Ölkənizdə türklərə qarşı qeyri-müsəlmanlar kimi davranılır, onlardan xərac alınır” - söyləyirdi. Uzun Həsən Bayandur boyunun damğasını rəsmiləşdirib. Hətta pulların üzərində də bu simvol olub. 

- F.Sümer Uzun Həsənin Quranı ibadət zamanı oxunmaq üçün türkcəyə çevirtdiyini və o zaman din xadimləri və üləmanın buna qarşı çıxmasına görə onun təşəbbüsünün baş tutmadığını yazır. Z.V.Toğan isə tarixçi Lariyə istinadən yazır ki, Uzun Həsən Quranı türkcəyə tərcümə etdirərək oxutdurub. Son illərdə aparılan araşdırmalar Z.V.Toğanın haqlı olduğunu göstərir. 

Uzun Həsənun oğlu Uğurlu Məhəmməd atasına qarşı üsyan qaldırır.  Təqib olunduqdan sonra isə Osmanlıya qaçır.

Sultan II Mehmed orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Fateh Sultan Mehmet onu Sivasa hakim təyin edir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 6 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

End of content

No more pages to load

RADİO