Rəisinin Ermənistana suverenlik mesajı – PƏRDƏARXASI nüanslar Tofiq Abbasovun ŞƏRHİNDƏ

“İran diplomatiyası özünə xas olmayan davranış sərgiləyir”. 

Bu fikirləri Bizim.Media-ya verdiyi açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ


Belə ki, İran və Ermənistan liderləri arasındakı son telefon danışığını şərh edən politoloq Rəisinin Ermənistanın suverenliyinin müdafiəsinə yönələn açıqlamalarının lüzumsuz olduğunu vurğulayıb: 

“Son dövrlərdə İran-Azərbaycan münasibətlərində gərginlik yarandı. Təbii ki, bunun günahı  Azərbaycanda deyildi. Hal-hazırda biz görürük ki, Azərbaycan dövlətinin marağı ondan ibarətdir ki, İranla münasibətlərdə heç bir alt qat olmasın. Əlaqələr şəffaf və hər iki tərəfin maraqlarına uyğun şəkildə inkişaf etsin. Ancaq Aşqabad görüşündə İlham Əliyevlə Rəisi arasındakı müzakirələr, qaz anlaşması kimi nüanslar müvəqqəti soyuqluğun geridə qalmasının vacibliyini nümayiş etdirən olaylar idi. 

İndi isə, biz yenə də İran tərəfindən lazımsız mesajlar gəldiyini müşahidə edirik. Əgər bu ismarıcda rəsmi Bakıya ünvanlanan detallar varsa, İran nə demək istəyir? Azərbaycanın Ermənistana ərazi iddiası var?”

Politoloq Tehrandan İrəvana ünvanlanan mesajın mövcud geosiyasi situasiyada aktual olmadığına da diqqət çəkib:
 

“Hər kəsə bəllidir ki, regionda özünü apara bilməyən və subyektivliyini itirmək üzrə olan dövlət Ermənistandır. Hesab edirəm ki, İranın Ermənistanın suverenliyi məsələsini dəbdəbə ilə qabartması, sadəcə boşluğu doldurmağa yönələn mesajlardır. 


İkitərəfli danışıqlarda Prezident İlham Əliyev və İbrahim Rəisi bildirdilər ki, tərəflər artıq yeni mərhələyə qədəm qoyurlar. İranın Azərbaycana, Azərbaycanınsa İrana qarşı heç bir ərazi iddiası yoxdur. Bu cür qonşuluq münasibətləri fonunda isə, Ermənistana bu cür mesajlar verməyin yeri yoxdur. Müxtəlif dövrlərdə İran rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə verilən dəstək uğurlu imperativ idi. Lakin indi, regionda “Altılıq” formatında müzakirələrin aparıldığı bir vaxtda, Rəisinin səsləndirdiyi bu mesaj aktual deyildi”.

Tofiq Abbasov İranın Ermənistana qarşı hansı mövqeyi sərgiləməli olduğunu da qeyd edib:

“Əksinə regiondan uzaq, lakin bölgədə maraqları olan dövlətlərin olduğu bir vaxtda, İran Ermənistanı düşünülmüş siyasət yürütməyə səsləməli idi. Dəhliz məsələsini isə, Azərbaycana xoşluqla və sabitliklə həll etməkdə maraqlıdır. İrana ən yaraşan hərəkət ondan ibarət olardı ki, Ermənistanla bir qədər işi gücləndirsin, onları düzgün yol seçməyə sövq etsin”.

Qeyd edək ki, yanvarın 3-də İran Prezidenti İbrahim Rəisi və Ermənistan Baş naziri arasında telefon danışığı baş tutub.

Müzakirələr əsnasında, İran liderinin Ermənistanın ərazi bütövlüyü və ərazisindən keçən yollar üzərində suveren hüququnun olduğunu bildirib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Beyni kiçildən vərdiş: 20 illik araşdırmanın nəticəsi açıqlandı

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

End of content

No more pages to load

RADİO