İtaliya bələdiyyələri Azərbaycanla bağlı sənəd qəbul etdi

İtaliyanın Avellino əyalətinin Montoro bələdiyyə şurası, Kataniya əyalətinin Gravina bələdiyyə şurası və İserniya əyalətinin Roccasicura bələdiyyə şurası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə, xüsusilə də Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən və yaralanan Gəncə, Bərdə və digər rayonların sakinlərinin ailə üzvləri ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul ediblər.

İtaliyanın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və ərazi iddialarından irəli gəldiyi, bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı işi” ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi, həmin ərazilərdə yaşayan 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən Xocalı soyqırımının törədildiyi bildirilib.

Sənədlərdə 30 ilə yaxın müddətdir ki, Azərbaycanın danışıqların uğurla nəticələnməsinə və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə diplomatik yollarla regiona sülh gətirməyə yönəlik səylərinə baxmayaraq Ermənistanın bəyanatları, təxribat xarakterli hərəkətləri və destruktiv siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmaqdan məhrum olduqları, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanıb.

Sənədlərdə son aylarda Ermənistanın məqsədyönlü şəkildə silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdığı, yeni müharibəyə hazırlaşmaq üçün hava hücumu sistemini intensiv şəkildə genişləndirdiyi və nəticədə 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı yeni hərbi təcavüzə başladığı, qəsdən mülki obyektləri və mülki şəxsləri hədəfə aldığı diqqətə çatdırılaraq 94-dən çox mülki şəxsin ölməsi, 407-dən çox insanın yaralanması ilə nəticələnən Gəncə, Bərdə və sair şəhərlərin bombalaması qəti şəkildə pislənilib.

Sənədlərdə Münaqişə ilə bağlı BMT TŞ və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasının, azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməli olduğu, 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladaığı Bəyanatın məhz münaqişəyə son qoymaq məsqədi daşıdığı vurğulanıb.

Sənədlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri çərşivəsində imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilərək rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri və Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, İtaliyanın Milan şəhərinin Korbetta Bələdiyyə Şurası tərəfindən də qəbul edilib. Habelə, İtaliya Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Bəyanatın müddəalarının yerinə yetirilməsinə çağıran qətnamə qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO